Dünya

Tramp Putini G20 sammitinə dəvət etməkdən danışıb

4 Sentyabr 2026, 01:2323
Reklam728x90
Reklam320x100

Tramp hələ Putini G20 sammitinə dəvət etmək barədə düşünməyib.

ABŞ prezidenti Donald Tramp bildirib ki, hazırda Rusiya lideri Vladimir Putini dekabr ayında ABŞ-da keçiriləcək G20 sammitinə dəvət etməyi düşünmür.

“Mən hələ bu barədə düşünməmişəm”

Avropa.info xəbər verir ki, ABŞ Prezidenti bu barədə GB News-a danışıb

ABŞ prezidenti həmçinin qeyd edib ki, Rusiya liderinin G20 sammitində iştirakı baş tutsa, böyük fayda verə bilər.

Rusiya Federasiyası dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə rəsmi dəvət alıb. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdyev qeyd edib ki, Amerika tərəfi Vladimir Putinin orada iştirakında maraqlı olduğunu açıq şəkildə bildirir.

Yada salaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl bildirmişdi ki, Rusiya istənilən halda ABŞ-da keçiriləcək G20 sammitində yüksək səviyyədə təmsil olunacaq və onun iştirakı effektiv və fəal olacaq.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600