Dünya

Berluskoninin 20 illik rekordunu Meloni  yenilədi

3 Sentyabr 2026, 16:4318
Reklam728x90
Reklam320x100

 

Corcia Meloninin başçılıq etdiyi hökumət İtaliya tarixində İkinci Dünya müharibəsindən sonra hakimiyyətdə qalma müddətinə görə yeni rekord müəyyən edib.

Avropa.info “Associated Press”ə istinadən xəbər verir ki, Meloni 2022-ci ilin sentyabrından etibarən fasiləsiz olaraq 1413 gündür hökumətə rəhbərlik edir.

Bununla o, 2001-2005-ci illərdə hökumətə 1412 gün fasiləsiz rəhbərlik etmiş Silvio Berluskoninin rekordunu təzələyib.

Məlumata görə, Meloni və onun ifrat sağçı “İtaliyanın Qardaşları” partiyası bu nailiyyəti Bari şəhərində mitinqlə qeyd etməyi planlaşdırır.

Qeyd edək ki, İtaliyada növbəti parlament seçkiləri 2027-ci ilin dekabrından gec olmayaraq keçirilməlidir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600