Dünya

Paşinyanın rus dilində danişmamasi diqqət çəkdi – Putinin köməkçisi:”​Məncə əvvəllər görüşlərdə belə etmirdi”

2 Sentyabr 2026, 01:0727
Reklam728x90
Reklam320x100

Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışını rus dilində deyil, erməni dilində etməsi Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun diqqətini çəkib.

Avropa.info xəbər verir ki, Uşakov Life müxbirinə açıqlamasında Paşinyanın bu addımının ona qəribə göründüyünü bildirib.

“Mənə bu qəribə gəldi, amma bundan artıq heç nə. Yəqin ki, o, erməni dilindən digər dillərə tərcümənin mümkün olduğunu öyrənib və çıxışını erməni dilində edib. Bu, nadir haldır. Məncə, əvvəllər görüşlərdə belə etmirdi”, – deyə Uşakov bildirib.

Putinin köməkçisi eyni zamanda vurğulayıb ki, Paşinyan rus dilini bilir, lakin erməni dili Ermənistanda dövlət dilidir.

Uşakovun sözlərindən belə məlum olur ki, Paşinyanın beynəlxalq görüşlərdə rus dili əvəzinə erməni dilində çıxış etməsi əvvəllər nadir rast gəlinən hal olub və bu dəfə onun dil seçimi Rusiya tərəfinin xüsusi diqqətini çəkib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600