Rusiyanın hava hücumu nəticəsində Kiyev vilayətinin Buça rayonunda 37 nəfər həlak olub.
Avropa.info xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, bu rəqəm son deyil, ərazidə işlər davam edir.
Daha 42 nəfər, o cümlədən 4 uşaq yaralanıb. Fövqəladə zonadan 381 nəfər təxliyə edilib.
İlkin məlumatlara görə, təxminən 50 yaşayış evinə ziyan dəyib.






























