Zaxarova qeyd edib ki, Rusiyada səfərbərlik barədə şayiələr dəfələrlə təkzib edilib
Kiyev və Qərb ölkələri Rusiyada mümkün səfərbərlik barədə bəyanatlar yaysalar da, Rusiya rəsmiləri bu cür xəbərləri dəfələrlə təkzib ediblər.
Avropa.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Ölkəmizdə Ukrayna xuntasından və onun Qərb himayədarlarından ilhamlanaraq, ehtimal edilən səfərbərliyə dair fərziyyələr Rusiya rəsmiləri tərəfindən dəfələrlə təkzib edilib”, – rusiyalı diplomat qeyd edib.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Kiyev Rusiyada mümkün səfərbərlik barədə qəsdən yalan məlumatlar yayır. Onun sözlərinə görə, xüsusi əməliyyat zonasında kifayət qədər əsgər var.
Kremlin sözçüsü Dmitri Peskov Rusiyada səfərbərliyə hazırlıqla bağlı bəyanatları informasiya kanardları adlandırıb. O, aydınlaşdırıb ki, kampaniyalar rəsmi Kiyev tərəfindən Rusiya Federasiyasında daxili vəziyyəti pozmaq məqsədi ilə təşkil edilir.






























