29 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vüqar Dadaşov:“Qafqazda Dəyişən Geosiyasi Balans Moskvanın Təsirini İtirir”

Avqust 28, 2026
Siyasət
A A

Moskvada Azərbaycan səfirliyinin qarşısında Azərbaycan əleyhinə təxribat xarakterli plakatların yerləşdirilməsi, sözsüz ki, Rusiyanın Azərbaycana qarşı son dövrlərdə artan siyasi təzyiq siyasətinin növbəti səhifəsidir. Məlumdur ki, Rusiyanın Azərbaycana qarşı təzyiqləri müstəqilliyinin ilk dövründən müxtəlif formalarda özünü göstərib. Bu təzyiqlər xüsusilə Zəngəzur dəhlizi-TRIPP layihəsinin praktik mərhələyə keçməsi ilə daha da güclənib. Rusiya və İranın Zəngəzur dəhlizinin reallaşmasına qarşı koordinasiyalı fəaliyyəti də məhz regionda yeni geosiyasi reallıqların möhkəmlənməsinə mane olmaq niyyətinə söykənir.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, analitik Vüqar Dadaşov deyib.

“Limonovçuların Təxribatı Şəxsi Təşəbbüs Deyil, Xüsusi Xidmət Orqanlarının Nəzarətindədir”

Ekspert təxribatı törədənlərin arxasında dayanan qüvvələri və hüquq-mühafizə orqanlarının rolunu diqqətə çatdırıb:

“Moskva təxribatının Rusiya məhkəməsinin qərarı ilə ekstremist təşkilat kimi qadağan edilən radikal millətçi ‘Millətçi Bolşevik Partiyası’nın (NBP) yaradıcısı Eduard Limonovun tərəfdarları tərəfindən müstəqil həyata keçirildiyi bildirilsə də, tamamilə əksinədir. Hər bir halda, bu fakt hadisənin siyasi mahiyyətini dəyişmir.

Əvvəla qeyd edək ki, Eduard Limonov ətrafında formalaşmış radikal millətçi çevrələr Qafqaz xalqlarına qarşı açıq düşmənçilik, ayrı-seçkilik və zorakılıq ritorikası ilə çıxış edən təhlükəli qüvvələr kimi tanınır. O da məlumdur ki, Eduard Limonov kimi radikal millətçilərin ətrafına topladığı ‘Rus Milli Birliyi’, ‘Yaddaş’, ‘QMQH’, ‘Slavyan İttifaqı’, ‘Şimal qardaşlığı’, ‘Skenxedlər’ kimi ekstremist qruplaşmaların Rusiya hüquq-mühafizə və xüsusi xidmət orqanlarının nəzarəti ilə fəaliyyət göstərdiyinə dair məlumatlar var. 2002-ci ildə Limonov məhkəmədə FSB-nin NBP üzvlərinə təzyiq göstərdiyini və partiyanın fəaliyyətinə müdaxilə etdiyini bildirib. 2009-cu ildə ‘Kommersant’ NBP rəhbərlərindən Roman Popkov və digər fəalların FSB və DİN operativ əməkdaşları ilə əlaqədə olmaqda ittiham edilərək təşkilatdan çıxarıldığını yazıb. 2020-ci ildə ‘Медиазона’ Çelyabinsk NBP işi üzrə altı nəfərlik qrupda bir FSB operativ əməkdaşının və iki xüsusi xidmət agentinin olduğu barədə məlumat verib. Yeri gəlmişkən, Limonov Azərbaycana neqativ münasibətinə və Qarabağa qanunsuz səfərinə görə 2017-ci ildən arzuolunmaz şəxsdir”.

“Dövlət Məsuliyyəti Və Russifikasiya Siyasətinin Davamı”

MCP rəsmisi vurğulayıb ki, rəsmi Moskva təxribatın məsuliyyətini yalnız Limonov tərəfdarlarının üzərinə qoymağa çalışsa də, bu, əməldə dövlətin məsuliyyəti daxilindədir:

“Çünki söhbət sıradan bir küçə aksiyasından deyil, Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı həyata keçirilən siyasi xarakterli təxribatdan gedir.

Digər tərəfdən, Rusiya imperiyası və daha sonra sovet və postsovet siyasi sistemləri çərçivəsində mərkəzləşdirilmiş ruslaşdırma siyasəti müxtəlif xalqların milli və siyasi iradəsinin məhdudlaşdırılması ilə müşayiət olunub. Bu siyasətin müxtəlif formalarda bu gün də davam etdirildiyinin nəticələri görünür.

Elə Rusiyanın Ukrayna müharibəsi də bu baxımdan diqqətçəkən paradoksu ortaya çıxarır. Müharibənin əsas yükünün Rusiyanın qeyri-rus xalqlarının yaşadığı regionlardan cəlb olunan əhali üzərinə qoyulması, həmin bölgələrdən səfərbər olunanların yüksək itkilərlə üzləşməsi Rusiyanın daxili milli siyasətinin davamıdır. Beləliklə, Moskva bir tərəfdən ərazi ekspansiyasını davam etdirir, digər tərəfdən isə müharibənin sosial-demoqrafik yükünü əsasən periferik və qeyri-rus regionların əhalisi daşıyır. Vladimir Putinin Ukraynada müharibəni davam etdirməkdə israrının səbəblərindən biri də məhz bu siyasi sistemin insan və demoqrafik itkilərə münasibəti kontekstində qiymətləndirilməlidir”.

“Qafqazda Dəyişən Geosiyasi Balans Moskvanın Təsirini İtirir”

Politoloq çıxışının sonunda regiondakı yeni reallıqları şərh edib:

“Ermənistanın Qərbə inteqrasiyası, Rusiya təsirindən uzaqlaşması və rusyönümlü liderlərin (Serj Sarkisyan, Robert Koçaryan) cinayət məsuliyyətinə cəlb edilməsi, həbsi, eləcə də Azərbaycanın Ermənistana enerji ixracı və digər iqtisadi əlaqələri bərpa etmək təşəbbüsləri Rusiyanın regiondakı təsir imkanlarını əsaslı şəkildə zəiflədir.

Ona görə də Azərbaycana qarşı son təxribatları yalnız radikal qrupların fəaliyyəti deyil, dəyişən regional geosiyasi balans və Rusiyanın Cənubi Qafqazda itirdiyi təsir imkanları kontekstində araşdırılmalıdır. Rəsmi Moskvanın belə hadisələrə münasibəti də Rusiya-Azərbaycan əlaqələrinin gələcək istiqamətini müəyyən edən mühüm göstəricilərdən biri olacaq”.

Əvvəlki Yazı

Azərişıq” Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparir-Video

Növbəti Yazı

Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

XƏBƏR LENTİ

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 / 15:47
1
Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

Putin: İnternetdə çoxlu məlumat zibilləri və etibarsız şeylər var

29 Avqust 2026 / 15:38
3
Beynəlxalq Dəniz Təşkilatı: 400-ə yaxın gəmi hələ də Fars körfəzində qapalı vəziyyətdədir

Beynəlxalq Dəniz Təşkilatı: 400-ə yaxın gəmi hələ də Fars körfəzində qapalı vəziyyətdədir

29 Avqust 2026 / 15:01
3
Ukrayna Silahlı Qüvvələrinin  Rostov vilayətinə PUA hücumu nəticəsində 11 nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin  Rostov vilayətinə PUA hücumu nəticəsində 11 nəfər yaralanıb

29 Avqust 2026 / 14:43
19
Güclü partlayışdan sonra Kiyev yaxınlığında güclü yanğın baş verib

Rusiyanın Ukraynaya hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

29 Avqust 2026 / 14:36
10
İtaliyada tornado və dolu nəticəsində 43 nəfər xəsarət alıb, 10 min avtomobil zədələnib

İtaliyada tornado və dolu nəticəsində 43 nəfər xəsarət alıb, 10 min avtomobil zədələnib

29 Avqust 2026 / 14:33
13
İsrailin Qəzza zolağına etdiyi soyqırım hücumlarında can itkisi 73 min 449-a yüksəldi

İsrailin Qəzza zolağına etdiyi soyqırım hücumlarında can itkisi 73 min 449-a yüksəldi

29 Avqust 2026 / 14:20
5
ÜST: DRC-də Ebola epidemiyası ilə bağlı 5 min 794 hadisə və 2 min 786 ölüm bildirildi

ÜST: DRC-də Ebola epidemiyası ilə bağlı 5 min 794 hadisə və 2 min 786 ölüm bildirildi

29 Avqust 2026 / 14:15
10
Ehtiram Mehtiyev:“Media qərəz və təxribatın deyil, həqiqətin və obyektivliyin tərəfində olmalıdır”

Ehtiram Mehtiyev:“Media qərəz və təxribatın deyil, həqiqətin və obyektivliyin tərəfində olmalıdır”

29 Avqust 2026 / 11:56
78
Nizami rayonu ərazisində quldurluq edən şəxs saxlanılıb – Video

Nizami rayonu ərazisində quldurluq edən şəxs saxlanılıb – Video

29 Avqust 2026 / 11:06
17
Atdan yıxılan 12 yaşlı uşaq xəstəxanada öldü

Atdan yıxılan 12 yaşlı uşaq xəstəxanada öldü

29 Avqust 2026 / 10:45
7
Antalyanın Kaş rayonunda meşədə güclü yanğın baş verib

Antalyanın Kaş rayonunda meşədə güclü yanğın baş verib

29 Avqust 2026 / 10:40
12
Gürcüstanda Rusiya vətəndaşı qətlə yetitilib- Ermənistan vətəndaşı saxlanıldı

Gürcüstanda Rusiya vətəndaşı qətlə yetitilib- Ermənistan vətəndaşı saxlanıldı

29 Avqust 2026 / 10:33
18
Rusiyanın Nepaldakı səfirliyi əlaqə saxlamayan rusların ailələrinə müraciət edib

Rusiyanın Nepaldakı səfirliyi əlaqə saxlamayan rusların ailələrinə müraciət edib

29 Avqust 2026 / 10:28
13
Amerikalı jurnalist Helali:”Kiyev döyüş meydanında getdikcə daha çox uduzur”

Amerikalı jurnalist Helali:”Kiyev döyüş meydanında getdikcə daha çox uduzur”

29 Avqust 2026 / 10:22
15
İsrail ordusu biri uşaq olmaqla 2 fələstinlini yaralayıb

İsrail ordusu biri uşaq olmaqla 2 fələstinlini yaralayıb

29 Avqust 2026 / 10:13
15
Tramp məşhur jurnalist Meggi Habermanı təhqir etdi

Tramp məşhur jurnalist Meggi Habermanı təhqir etdi

29 Avqust 2026 / 10:07
3
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin növbəti gecə hücumu barədə məlumat verib

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin növbəti gecə hücumu barədə məlumat verib

29 Avqust 2026 / 9:56
16
Nepalda daşqınlarda ölənlərin sayı 616-ya yüksəlib

Nepalda daşqınlarda ölənlərin sayı 616-ya yüksəlib

29 Avqust 2026 / 9:48
9
İstanbulda kafedə güclü yanğın olub

İstanbulda kafedə güclü yanğın olub

29 Avqust 2026 / 9:34
15
Kiyev, Odessa, Nikolayev və Xarkovda partlayışlar  baş verib

Kiyev, Odessa, Nikolayev və Xarkovda partlayışlar  baş verib

29 Avqust 2026 / 9:13
5
Analitik Conson: Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələri obyektlərinə hücumları artırıb

Analitik Conson: Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələri obyektlərinə hücumları artırıb

29 Avqust 2026 / 8:58
9
Rusiya qoşunları Reni limanındakı UAF anbarlarına hücum edib

Rusiya Hava hücumundan müdafiə qüvvələri Penza vilayətinin sərhədində Ukrayna raketini vurub

29 Avqust 2026 / 8:41
13
Rusiya Silahlı Qüvvələri Ukrayna limanlarını vurub, gəmiləri və tankeri vurub

Rostov vilayətində PUA-lar Ozon logistika mərkəzinə hücum edib

29 Avqust 2026 / 8:34
18
Tramp MKİ rəhbəri Ratkliffin Rusiyaya səfərinin səbəbləri ilə bağlı yayılan şayiələri təkzib edib

Tramp: Biz Venesuela ilə dünya tarixində ən böyük neft müqaviləsini imzaladıq

29 Avqust 2026 / 8:23
17
Qaradağ ərazisində dənizdə 2 qadın batib

65 yaşlı kişi kanala düsərək faciəvi şəkildə öldü

29 Avqust 2026 / 7:55
4
Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

Zaxarova:”Qarabağ ermənilərinin, onların əcdadlarının və uşaqlarının üzərinə bu həyasızlıqdır”.

29 Avqust 2026 / 0:50
14
Prezident Pezeşkian: “ABŞ İslamabad konsensusunu həyata keçirərsə, Hörmüz boğazı açılacaq”

Prezident Pezeşkian: “ABŞ İslamabad konsensusunu həyata keçirərsə, Hörmüz boğazı açılacaq”

29 Avqust 2026 / 0:42
7
Zaxarova:”Kiyev və Qərb Rusiyada səfərbərlik barədə spekulyasiya edir”

Zaxarova:”Kiyev və Qərb Rusiyada səfərbərlik barədə spekulyasiya edir”

29 Avqust 2026 / 0:31
6
Tramp nəyin bahasına olursa-olsun tarixdə iz buraxmağa can atır: indi onun gözləri aya dikilib

Tramp nəyin bahasına olursa-olsun tarixdə iz buraxmağa can atır: indi onun gözləri aya dikilib

28 Avqust 2026 / 23:57
3
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.