Manşet

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu – Fotolar

23 Avqust 2026, 23:4021
Reklam728x90
Reklam320x100

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlini qoyublar.

Bizim.Media xəbər verir ki, parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və ənənələrini əks etdirəcək ictimai məkan yaradılacaq. Park Azərbaycanın və Özbəkistanın qardaş xalqlarının daha da yaxınlaşması baxımından mühüm rol oynayır.

Bakıda “Özbəkistan”, Yeni Daşkənddə isə “Azərbaycan” parkının salınması xalqlarmız arasındakı çoxəsrlik dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın, həmçinin Azərbaycanla Özbəkistanın möhkəm və dinamik inkişaf edən münasibətlərinin növbəti rəmzi olacaq.


Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600