Dünya

Rusiya Ukraynaya zərbələr endirdi-16 ölü,130 yaralı-Fotolar

22 Avqust 2026, 08:5614
Reklam728x90
Reklam320x100

Ukraynanın Krivoy Roq şəhərində ticarət mərkəzinə Rusiya pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində ən azı 16 nəfər ölüb, 130-dan çox insan yaralanıb.

Avropa.info “Reuters”ə istinadən xəbərinə görə, Dnepropetrovsk vilayətinin rəhbəri Aleksandr Qanja bildirib ki, yaralananlar arasında 22 uşaq da var.

Onun sözlərinə görə, 5-i uşaq olmaqla, 29 yaralının vəziyyəti ağırdır.

Qanja açıqlamasında iki uşaq da daxil olmaqla, 9 nəfərin itkin düşmüş hesab edildiyini bildirib. Xilasedicilər ticarət mərkəzinin dağıntıları altında qalan insanların axtarışını davam etdirirlər.

Qeyd edək ki, Krivoy Roq Ukrayna Prezidenti Volodimir Zelenskinin doğulduğu şəhərdir.


Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600