Hadisə

Zaqatalada ağır yol-nəqliyyat hadisəsi -Sürücü yanaraq öldü

22 Avqust 2026, 08:517
Reklam728x90
Reklam320x100

Zaqatalada ağır qəza baş verib.

Avropa.info xəbər verir ki, hadisə ötən gecə Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonunun Yeni Suvagil kəndi ərazisində baş verib.

Belə ki, Əfqan Əfəndi oğlu Mülkümov idarə etdiyi “VAZ21099” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü Ə.Mülkümov sükan arxasında yanaraq ölüb.

Avtomobil Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Ə.Mülkümovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600