Dünya

İran: İranın şərtləri qəbul olunmayana qədər Hörmüz boğazı açılmayacaq

13 Avqust 2026, 07:1316
Reklam728x90
Reklam320x100

 

İran ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının yenidən açılması ilə bağlı açıqlamalarına “Şərtlərimiz qəbul olunmayana qədər boğaz açılmayacaq” deyə cavab verib.

Avropa.info xəbər verir ki, Fars Körfəzi Su Yolları İdarəsi ABŞ-da yerləşən X şirkətinin sosial media platforması hesabında məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada, “ABŞ rəsmilərinin Hörmüz boğazında İranın blokadasının qaldırılması ilə bağlı verdiyi ardıcıl açıqlamalar və sosial media paylaşımları həqiqəti dəyişmir. Hörmüz boğazı hələ də bağlıdır və İranın şərtləri qəbul edilənə qədər yenidən açılmayacaq”. ifadələrdən istifadə edilmişdir.

ABŞ prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazına “tam nəzarəti” əldə etdiyini bildirib.

Tramp sosial şəbəkədəki paylaşımında “ABŞ Hörmüz boğazına tam nəzarət edir. Düşünürəm ki, bunu davam etdirəcəyik” deyib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600