Kriminal

Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub-Həbs olunan var

7 Avqust 2026, 10:1812
Reklam728x90
Reklam320x100

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub.

Avropa.info xəbər verir ki, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və həyat yoldaşı 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının yaşadığı evə oğurluq məqsədilə daxil olub. Daha sonra isə evə od vuraraq uzaqlaşıb.

Hadisə nəticəsində 85 yaşlı kişi və 72 yaşlı qadın həlak olub.

Vəfat edən şəxslərin oğlu bildirib ki, hadisə zamanı evdən 15 min manat pul oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə V.Baxşəliyev saxlanılıb.

Ahıl kişi ilə qadının yanğından əvvəl öldürülməsi və ya yanğın nəticəsində vəfat etmələri müəyyənləşdirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600