Hadisə

Türkiyədə 3 Azərbaycanli qaydaları pozdu-Polis xəbərdarlıq etdi

3 Avqust 2026, 16:1713
Reklam728x90
Reklam320x100

Türkiyənin Zonquldak şəhərində məhkəmə binasının qarşısındakı parkda üç nəfərin gündüz saatlarında spirtli içki qəbul etməsi ilə bağlı 112 Təcili Yardım Mərkəzinə məlumat daxil olub.

Avropa.info xəbər verir ki, hadisə ilə bağlı polis idarəsi tərəfindən əraziyə patrul qrupları cəlb edilib.

Polis əməkdaşları parkda apardıqları yoxlama zamanı spirtli içki qəbul edən şəxslərin gəmi ilə Zonquldaka gələn Azərbaycan vətəndaşları olduğunu müəyyən ediblər.

Sənədləri və şəxsiyyətləri yoxlanılan şəxslərin gəmi heyətinin üzvləri olduğu ehtimal edilir. Polis onlara ictimai qaydalara riayət etmələri barədə xəbərdarlıq edib və ərazidən uzaqlaşdırıb.

Hadisə ilə bağlı əlavə inzibati tədbir görülüb-görülmədiyi barədə məlumat verilməyib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600