ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında bu gün 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.
Avropa.info xəbər verir ki, günün yeganə qarşılaşmasında Fransa və Mərakeş milliləri üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
1/4 finalın qalibi yarımfinala yüksələrək növbəti mərhələdə İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.





























