21-23 noyabr 2025-ci il tarixlərində 164 və 218 nömrəli məktəbin şagirdləri asudə vaxtlarını daha səmərəli və faydalı keçirmələri məqsədilə F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Uşaq hüquqlarına həsr olunmuş maarifləndirici gün təşkil olunub.
Avropa.info xəbər verir ki, Ölkəmizdə uşaq hüquqlarının qorunması üçün qəbul olunmuş mühüm dövlət sənədləri – sərəncam və qərarlar haqqında da məlumat verilib. Qeyd olunub ki, dövlət tərəfindən təsdiqlənmiş proqramlar və sərəncamlar uşaqların daha təhlükəsiz, sağlam və xoşbəxt mühitdə böyüməsini təmin etməyə yönəlib. Bu hüquqların beynəlxalq səviyyədə isə BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə qorunduğu diqqətə çatdırılıb.
Tədbirdə uşaq hüquqlarının qaydalarını, hər bir uşağın sağlam mühitdə yaşaması, təhsili və s. Vacibliyi vurğulanıb.
Tədbirin davamında uşaqlar üçün kitabxananın oxu zalında uşaq hüquqlarını əhatə edən kitablar nümayiş etdirilib. Daha sonra uşaqların yaradıcılıq qabiliyyətini və öz bacarıqlarını sərbəst şəkildə ifadə etmələri üçün gildən müxtəlif fiqurlar hazırlanıb.
Maarifləndirici görüş məktəblilərin böyük marağına səbəb olub və onların həm məlumatlanmasına, həm də sosial düşüncələrinin formalaşmasına töhfə verib






























