13 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Mədəniyyət

Mədəniyyət Nazirliyində kadr islahatları: Effektivlik və şəffaflığın yeni mərhələsi – FOTO

Noyabr 19, 2025
Mədəniyyət
A A

2023-cü ildə Adil Kərimlinin mədəniyyət naziri təyin edilməsindən sonra bu mərkəzi icra qurumunun fəaliyyətində müsbət istiqamətdə ciddi dəyişiliklər müşahidə edilir. 

Yeni nazirin dövründə aparılan struktur və kadr islahatları mədəniyyət sektorunda nəzərəçarpacaq dərəcədə canlanma yaradıb. Nazirlikdə tətbiq olunan yeni idarəetmə modeli, təyinatların şəffaflığı və peşəkarların rəhbər vəzifələrə gətirilməsi mədəniyyət sahəsinin müxtəlif istiqamətlərində real nəticələr verməkdədir. Son dövrlərdə nazirliyin tabeliyindəki müəssisələrin böyük hissəsində yenilənən komanda, bu qurumların iş ritmini və fəaliyyət effektivliyini artırıb.

Misal üçün, nazirin əmri ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru təyin olunan Şirin Yaşar qızı Məlikova, daha əvvəl rəhbərlik etdiyi Milli Xalça Muzeyində gördüyü işlərlə tanınırdı. Onun yeni vəzifəyə gətirilməsindən sonra ölkənin ən böyük incəsənət muzeyində ciddi strukturlaşdırma, sərgilərin yenilənməsi prosesi sürətlənib. Muzeyin həm elmi, həm də sərgi fəaliyyətində dinamika müşahidə olunur, bu da təyinatın təsadüfi olmadığını göstərir.

Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin edilən Əminə Zakir qızı Məlikova isə həm “Azərbaycan Kəlağayı”, həm də “Butalı” kimi milli brendlərin yaradıcısı kimi tanınır. Onun rəhbərliyindən sonra muzeyin işində xalça irsinin təbliği və beynəlxalq sərgilərdə iştiraka xüsusi diqqət ayrılıb. Muzeydə toxuculuq ənənələrinin qorunması, regional xalça məktəblərinin yenidən aktuallaşdırılması kimi istiqamətlərdə də mühüm addımlar atılıb.

Mədəniyyət Nazirliyi teatr sahəsində də idarəetməni gücləndirir. Azərbaycan Dövlət Mahnı Teatrının direktoru vəzifəsinə təyin olunan Ülviyyə Bəbirovanın gəlişi ilə teatrda həm repertuarın yenilənməsi, həm də gənc ifaçılara dəstək proqramlarının tətbiqi nəzərə çarpır.

Eyni yanaşma mədəniyyət obyektlərində idarəetmənin təkmilləşdirilməsində və səmərəliliyin artırılmasında özünü göstərir. Buna bir nümunə məşhur rejissor və ssenarist İlham Qasımovun Heydər Əliyev Sarayının direktoru təyin edilməsidir. Bu təyinat idarəetmənin professional səviyyədə formalaşdırılmasına xidmət edən addım kimi qiymətləndirilir. Qeyd edilən təyinatdan sonra Heydər Əliyev Sarayında təşkil olunan, keçirilən mədəniyyət tədbirlərində izdiham müşahidə olunur, əksər tədbirlərdə boş yer tapmaq mümkün olmur.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına  yeni direktorun təyinatı da bu sahədə işin keyfiyyətinin artırılmasına xidmət edib. Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Yusif Eyvazov təyin olunub. Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir. O, nəinki Azərbaycanda, eləcə də ölkəmizin sərhədlərindən xaricdə tanınan görkəmli incəsənət xadimidir. 

Bu yaxınlarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə iki təyinat olub.

Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Adıgözəl oğlu Qasımov vəzifəsindən azad olunub.

O, nazirin başqa əmri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib.

Nazir Adil Kərimlinin bir başqa əmri ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Hüseyn Akif oğlu Hüseynov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyinat alıb.

Son illər diqqətdən kənarda qalan Nizami Kino Mərkəzinin fəaliyyətində də müsbət dönüş baş verib. Mədəniyyət Nazirliyinin müdaxiləsi nəticəsində mərkəzin tədbir və nümayiş proqramı genişləndirilib, yeni yerli və xarici filmlərin nümayişi bərpa olunub. Kino mühitinin nümayəndələri mərkəzin əvvəlki nüfuzunun qaytarılması istiqamətində ardıcıl addımların atıldığını bildirirlər. Bu proses kino infrastrukturunun yenilənməsi siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Nazir Adil Kərimlinin rəhbərliyi ilə aparılan bu islahatlar mədəniyyət sahəsində idarəetmənin modernləşdirilməsini, qurumlar arasında əlaqələndirmənin gücləndirilməsini və yaradıcı mühitin inkişafını hədəfləyir.

Nazirliyin böyük ictimai dəstək qazanan fəaliyyətlərindən biri də “Xarıbülbül Festivalı”nın yüksək səviyyədə keçirilməsi olub. Festival Qarabağın mədəni irsinin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynamaqla yanaşı, bölgənin bərpa olunan mədəni mühitinin zənginliyini nümayiş etdirməsi baxımından xüsusi önəm daşıyır.

Ümumilikdə, Mədəniyyət Nazirliyində aparılan kadr yenilənməsi, şəffaf idarəçilik prinsiplərinin tətbiqi və müxtəlif mədəni sahələrdə aktiv fəaliyyət Azərbaycan mədəniyyətinin inkişafına təkan verən əsas amillər kimi dəyərləndirilir. Nazirliyin fəaliyyəti həm peşəkarlar, həm də ictimaiyyət tərəfindən islahatlara doğru atılmış real addımlar kimi qiymətləndirilməlidir. /Sfera.az

Əvvəlki Yazı

“Uşaq Hüquqları və Hər kəs üçün Təhlükəsiz İnternet” mövzusunda maarifləndirici tədbir keçirilib-Fotolar

Növbəti Yazı

Respublika Gənclər Kitabxanasında 20 noyabr – Ağdam şəhəri günü ilə əlaqədar material hazırlanıb

XƏBƏR LENTİ

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
9
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
2
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
16
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
2
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
2
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
6
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
16
Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

03 İyun 2026 / 11:22
26
“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

03 İyun 2026 / 11:09
2
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

03 İyun 2026 / 9:43
25
Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

03 İyun 2026 / 9:29
120
Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

03 İyun 2026 / 9:17
81
Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

02 İyun 2026 / 23:20
9
Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

02 İyun 2026 / 16:09
66
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

02 İyun 2026 / 14:09
3
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

02 İyun 2026 / 13:05
34
“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

02 İyun 2026 / 11:39
54
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

02 İyun 2026 / 11:28
44
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

02 İyun 2026 / 0:34
3
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub

01 İyun 2026 / 20:16
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.