Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avropa.info xəbər verir ki, qəza Şəmkir-Şiştəpə yolu adlanan ərazidə qeydə alınıb.
İlkin məlumata görə, 1992-ci il təvəllüdlü Anar Atakişizadə idarə etdiyi “KİA Cerato” markalı avtomobili aşırdıb və nəticədə 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev ölüb.
Anar Atakişizadə və Şiştəpə kənd sakinləri – 32 yaşlı Orxan Atakişiyev və onuna eyni yaşda olan Cəmil İbadullayev xəsarətlər alıblar.
Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.