Gündəm

İsrail İranın qərbində silsilə hücumlar həyata keçirdiyini bildirir

17 İyun 2025, 18:3720
Reklam728x90
Reklam320x100

İsrail bu yaxınlarda İranın qərbində bir sıra hava hücumları həyata keçirdiyini açıqlamışdı.

Avropa.info xəbər verir ki, Ordu verdiyi açıqlamada hücumların İranın raket qabiliyyətinə yönəldiyini iddia edib.

Hücumlar çərçivəsində çox sayda obyektin və onlarla yer-yer tipli raket buraxılış qurğusunun vurulduğu, səhər saatlarından başlayaraq kəşfiyyat xarakterli hücumlarda ölkənin qərbindəki yerdən havaya raket sistemləri və radarların hədəf alındığı iddia edilib.

Bəyanatda hücumların davam edəcəyi ilə hədələnib.

Münaqişə İsrailin İrana şiddətli hücumları ilə başlayıb

İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, eləcə də ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb.

 Hücumlarda İranın Baş  Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600