Dünya

Məşhur şirkətin regional direktoru bu ölkədə ÖLDÜRÜLDÜ

10 Oktyabr 2024, 21:1210
Reklam728x90
Reklam320x100

“Lenovo” şirkətinin top-menecerlərindən biri Ermek Jakipjanovun Qazaxıstanda öldürüldüyü iddia edilir.

Avropa.info  xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Qeyd edilib ki, oktyabrın 10-da Almatı vilayətində İli rayonunun Otegen-batır kəndinin kənarında 42 yaşlı mütəxəssisin zorakı ölüm əlamətləri olan meyiti tapılıb.

Agentliyin regional polis idarəsinə istinadən verdiyi məlumata görə, bir gün əvvəl Ermek Almatıda yoxa çıxıb. O, şirkətin Qazaxıstan, Tacikistan və Türkmənistanın dövlət qurumları ilə iş üzrə direktoru vəzifəsində çalışıb.

Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600