24 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi

Oktyabr 10, 2024
Ölkə
A A

Avropa İnsan Hüquqları Məhkəməsi keçmiş Baş prokuror və sabiq səfir, hazırda təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza çəkən Eldar Həsənovun Azərbaycana qarşı iddiası ilə bağlı qərarini elan edib.

Avropa.info xəbər verir ki, məhkəmə işi ərizəçi Eldar Həsənovun səfir işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət vəsaitini təyinatı üzrə istifadə etməmə, mənimsəmə, çirkli pulların yuyulması və Azərbaycanın Serbiyadakı səfirliyində törədilən saxtakarlıq cinayətlərinə görə tutulması və məhkəməyə qədər həbs edilməsi ilə bağlı olub.

Ərizəçinin şikayəti Avropa İnsan hüquqları Konvensiyasının 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (əsassız məhdudiyyətlərin tətbiqinin qarşısının alınması) maddələrinə əsaslanıb.

Məhkəmə 10 oktyabr 2024-cü ildə yayımladığı qərarına əsasən, Eldar Həsənova münasibətdə Konvensiyanın 3-cü maddəsinin və 5-ci maddəsinin 3-cü hissəsinin pozulduğu qənaətinə gəlib, ərizəçinin 13 avqust 2020-ci il və 2 iyul 2021-ci il tarixləri arasında həbsdə olarkən xəstəlikləri üçün adekvat tibbi müalicə almadığını bildirib.

Göstərilənlərlə əlaqədar ərizəçiyə maddi ziyana görə 6000 avro, xərclər və məsrəflərə görə 3234 avro ödənilməsi qərara alınıb. 

Bununla belə, Avropa Məhkəməsi Eldar Həsənovun Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulduğu, yəni onun həbsinin və həbsdə saxlanılmasının onun cinayət əməli törətdiyinə dair əsaslı şübhələrə əsaslanmadığı iddiasını rədd edib.

“İş üzrə sübutlar ərizəçini vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət vəsaitlərinin təyin olunduğu məqsədlərdən kənar istifadəsi ilə bağlı cinayət əməli törətməkdə obyektiv olaraq əlaqələndirib və ona qarşı “əsaslı şübhə” yaratmağa kifayət edib. Bundan başqa, iş materiallarından görünür ki, təxminən bir ay sonra, ərizəçi həbs edildikdən və ona ittiham irəli sürüldükdən sonra, istintaq tərəfindən ilkin şübhəni dəstəkləyən əlavə sübutlar əldə edilib və o, daha sonra ona qarşı irəli sürülən digər cinayət əməllərində ittiham edilib”, – deyə Avropa Məhkəməsinin qərarında qeyd edilib.

Odur ki, Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi və 18-ci maddəsi üzrə şikayətləri məqbul hesab etməyib, bu hissədə pozuntu olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, Azərbaycanın keçmiş Baş prokuroru, həmin vaxt Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri vəzifəsini tutan Eldar Həsənov 2020-ci ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə saxlanılıb, istintaqa cəlb edilərək həbs edilib

Əvvəlki Yazı

“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq

Növbəti Yazı

Şuşada beynəlxalq forum keçirilib

XƏBƏR LENTİ

Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

Səməd Ağaoğlu haqqında monoqrafiya yayımlandı

23 İyun 2026 / 23:35
3
Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

Misir Mədəniyyət Mərkəzində “Mədəniyyətlərin səsi” sərgisi keçirilib – FOTOLAR

23 İyun 2026 / 23:32
13
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

23 İyun 2026 / 16:36
2
Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi – Foto

23 İyun 2026 / 16:14
3
Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdi

23 İyun 2026 / 16:02
1
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi – Fotolar

23 İyun 2026 / 15:57
11
Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

23 İyun 2026 / 15:52
3
Xankəndidə kafedə insident: həbs olunanlar var

Xankəndidə kafedə insident: həbs olunanlar var

23 İyun 2026 / 14:03
2
“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” – Video

23 İyun 2026 / 13:52
7
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular – Fotolar

23 İyun 2026 / 13:44
4
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində – Fotolar

23 İyun 2026 / 13:19
9
Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

Əyalətlərdə keyfiyyətə, qiymətə nəzarət güclənməlidir… – Rafiq Daşdəmirli

23 İyun 2026 / 11:42
18
Sabunçuda ağacdan yıxılan kişi öldü

Sabunçuda ağacdan yıxılan kişi öldü

23 İyun 2026 / 11:13
1
Gürcüstanda zəlzələ baş verdi

Gürcüstanda zəlzələ baş verdi

23 İyun 2026 / 11:09
1
Heyvandarlığın inkişafı və qorunması: Mövcud problemlər və həll yolları – TƏHLİL

Heyvandarlığın inkişafı və qorunması: Mövcud problemlər və həll yolları – TƏHLİL

23 İyun 2026 / 10:44
4
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaq

Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaq

23 İyun 2026 / 9:28
2
Mərdəkanda dənizdə batan 4 gəncin – Fotosu

Mərdəkanda dənizdə batan 4 gəncin – Fotosu

23 İyun 2026 / 9:23
9
şefinin ilk addımı Konqresdə narazılığa səbəb oldu

şefinin ilk addımı Konqresdə narazılığa səbəb oldu

23 İyun 2026 / 9:17
1
Avropada ölümcül istilər gözlənilir – Xəbərdarlıq edildi

Avropada ölümcül istilər gözlənilir – Xəbərdarlıq edildi

23 İyun 2026 / 9:09
2
Fransa – İraq matçı yarımçıq dayandırıldı

Fransa – İraq matçı yarımçıq dayandırıldı

23 İyun 2026 / 8:59
2
Azərbaycanda ali təhsildə praktiki bacarıqların gücləndirilməsi: Universitet-sənaye əməkdaşlığının inkişaf perspektivləri

Azərbaycanda ali təhsildə praktiki bacarıqların gücləndirilməsi: Universitet-sənaye əməkdaşlığının inkişaf perspektivləri

22 İyun 2026 / 22:14
18
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər – Fotolar – Yenilənib

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər – Fotolar – Yenilənib

22 İyun 2026 / 16:50
11
“Əziz Cabir, bu gün sənin 50 yaşın tamam olacaqdı”-Dostlari paylaşım etdi-Fotolar

“Əziz Cabir, bu gün sənin 50 yaşın tamam olacaqdı”-Dostlari paylaşım etdi-Fotolar

22 İyun 2026 / 12:18
32
ATV-nin qadınların pensiya yaşı ilə bağlı verdiyi süjet saxtadır… – Deputat

Deputatla telekanal arasında gərginlik: “Fikirlərim saxtalaşdırılıb” – VİDEO

22 İyun 2026 / 11:32
17
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

22 İyun 2026 / 11:14
20
Türkmənistan prezidentinin rəsmi qarşılanma mərasimi oldu

Türkmənistan prezidentinin rəsmi qarşılanma mərasimi oldu

22 İyun 2026 / 11:07
27
İctimai nəzarət və ekoloji məsuliyyət heyvandarlığın gələcəyini necə müəyyənləşdirir? – TƏHLİL

İctimai nəzarət və ekoloji məsuliyyət heyvandarlığın gələcəyini necə müəyyənləşdirir? – TƏHLİL

22 İyun 2026 / 11:01
9
Rusiya Türkiyə gəmisini PUA ilə vurdu: ölənlər var – Video

Rusiya Türkiyə gəmisini PUA ilə vurdu: ölənlər var – Video

22 İyun 2026 / 10:47
3
Fatih Terimdən azarkeşlərə müraciət

Fatih Terimdən azarkeşlərə müraciət

22 İyun 2026 / 10:41
18
Mingəçevirdə Vətən Müharibəsi iştirakçısı döyülərək qətlə yetirilib

Mingəçevirdə Vətən Müharibəsi iştirakçısı döyülərək qətlə yetirilib

22 İyun 2026 / 10:25
4
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.