Avropa.info xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Sean Parnell X sosial media platformasında müdafiə naziri Heqsetin ləğv edildiyi bildirilən İsrail səfəri ilə bağlı açıqlama verib.
Parnell, Heqsetin İsrailə səfərini ləğv etmədiyini və Trampın gələn həftə Yaxın Şərqə edəcəyi səfərdə Heqsetin də ona qoşulmasını istədiyini bildirib.
Heqsetin bu səfərdə iştirak edəcəyini qeyd edən Parnell, nazirin İsrailə səfərini “səbirsizliklə gözlədiyini” də bildirib.
İsrailli jurnalist Amichai Stein sosial media hesabında Heqsetin İsrailə planlaşdırdığı səfərinin ləğv edildiyini paylaşıb.
Ağ Evin sözçüsü Karoline Leavitt də Trampın 13-16 may tarixləri arasında Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyini açıqlayıb.