Yeni Papa seçmək üçün Sikstin kapellasına toplaşan 133 kardinalla başlayan Konklavda səsvermənin ilk turu heç bir papanın seçilməməsi ilə nəticələndi və kilsənin bacasından qara tüstü qalxdı.
Avropa.info xəbər verir ki, Katoliklərin sonuncu ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransiskin aprelin 21-də vəfat etməsindən sonra bu gün dünya üzrə 1,4 milyard üzvü olan Katolik Kilsəsinin 267-ci Papasını müəyyən etmək üçün səsvermənin ilk turu keçirilib.
Xristian ilahilərinin müşayiəti ilə Sikstin kapellasına daxil olan 133 kardinal bir-bir and içib. Daha sonra latın dilində “Heç bir işi olmayanlar getsin” mənasını verən “Extra Omnes” əmri verildi və kilsədə yalnız seçki kardinalları qaldı.
Yaşı 80-dən aşağı olan 133 kardinalın – Papadan sonra Katolik Kilsəsinin ən yüksək rütbəli ruhanilərinin iştirak etdiyi səsvermənin nəticəsi Sikstin kapellasının bacasından qalxan tüstü ilə açıqlanıb.
Bacadan qara tüstünün qalxması ilə bu gün başlayan Konklavın ilk iclasında yeni papanın seçilə bilməyəcəyi dünyaya açıqlandı.
Sabahdan etibarən 133 kardinal Papa seçilənə qədər gündə dörd dəfə, ikisi səhər və ikisi günortadan sonra səs verəcək.
Əgər yeni papa seçilsə, Sikstin kapellasının bacasından ağ tüstü qalxacaq.