Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.
Avropa.info xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb.
Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.