Mərkəzi İstanbul olan 3 vilayətdə birjada qiymət tarazlığını manipulyasiya etdikləri aşkarlanan şəxslərlə bağlı istintaq başladılıb. İstintaq çərçivəsində 15 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.
Avropa.info xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu, Borsa İstanbulda ticarət edilən bəzi kapital bazarı aləti səhmlərində manipulyasiya hərəkətləri etdiyi təsbit edilən şübhəlilər haqqında əməliyyat başlatdı.
İstanbul, Ankara və Şanlıurfada “cinayət törətmək üçün təşkilat yaratmaq və bazar fırıldaqları” ittihamı ilə 15 nəfər haqqında həbs qərarı çıxarılıb .