F.Köçərli adina Respublika Uşaq Kitabxanasında Sağlamlıq körpəlikdən başlayır” adlı növbəti maarifləndirici təlim keçirilib
Avropa.info xəbər verir ki, 15 aprel 2025-ci il tarixində F.Köçərl adına Respublika Uşaq Kitabxanasında oxu və yazı vərdişlərində çətinlikləri olan uşaqlara dəstək olmaq, onlarda özünə inamını artırmaq və sosial inkişafını təmin etmək məqsədilə “Sağlamlıq körpəlikdən başlayır” adlı layihənin davamı olaraq növbəti maarifləndirici təlim keçirilib. Təlimdə defektoloq-loqoped Jalə Bənnayeva və kitabxana əməkdaşları, gənc analar, iştirak edib.
Maarifləndirici təlimin bu dəfəki mövzusu “Oxu və yazı qüsurlarının aşkar edilməsi metodları” olmuşdur. Defektoloq-loqoped Jalə Bənnayeva oxuma və yazı vərdişlərində geriləmələr olan uşaqlarla bağlı psixoloji dəstəyin önəmi və düzgün müalicə üsullarının tətbiqi haqqında məlumat verib. Təlimçi valideynlərin və müəllimlərin uşaqlara qarşı daha anlayışlı və səbirli olmalarını, onların emosional vəziyyətini nəzərə alaraq doğru yanaşma sərgiləmələrini vurğulayıb. Həmçinin,oxuma və yazı vərdişlərində geriləmə olan uşaqlara fərdi yanaşmanın önəmini vurğulayıb. Qeyd edilib ki, oxuma və yazı vərdişlərində qüsuru olan uşaqlara erkən yaş dövrlərində doğru diaqnoz qoyularaq problemin ortadan qaldırılması üçün müvafiq həll yollarına baş vurulmalıdır. Təlimdə bu qrupa aid olan uşaqlar üçün individual yanaşmanın və müntəzəm məşqlərin rolu da geniş müzakirə edilib.
Təlimin sonunda iştirakçılara uşaqların inkişafına necə dəstək olmağı, onların emosional və sosial ehtiyaclarını necə qarşılamaları barədə praktiki məsləhətlər verilib.