BMT ABŞ-ın Yəmənə endirdiyi zərbələrdən dolayı narahatdır və bütün hərbi əməliyyatları dayandırmağa çağırır.
Avropa.info xəbər verir ki, bu barədə təşkilatın Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.
“Biz ABŞ-ın bir gecədə Yəmənin husilərin nəzarətində olan ərazilərinə həyata keçirdiyi çoxsaylı zərbələri narahatlıqla qeyd edirik”, – deyə o bildirib.
BMT nümayəndəsi Yəməndəki gərginliyin bölgədəki vəziyyəti daha da pisləşdirə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Prezident Trampın əmri ilə ABŞ ordusu 15 martdan husilərə genişmiqyaslı zərbələr endirir