İtaliyanın Neapol şəhəri yaxınlığındakı Campi Flegrei vulkanik bölgəsində dünəndən bəri qeydə alınan zəlzələlər narahatlıq yaradıb.
Avropa.info xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, Campi Flegreidə son 24 saat ərzində baş verən 3,9 bal gücündə iki zəlzələ və bu gün səhər saatlarında davam edən zəlzələ yerli əhalinin narahatlığına səbəb olub.
Xüsusilə dünən günorta və gecə baş verən iki zəlzələ səbəbindən yerli əhalinin evlərindən narahatlıqla çıxdığı qeyd edilib .
Bildirilib ki, Neapol Qubernatorluğu evdə qalmaq istəməyənlər üçün ərazidə idman zalı açıb və termal yorğanlar da daxil olmaqla əsas ləvazimatları paylayıb.
Zəlzələlərdə can və mal itkisinin olmadığı bildirilib.
Bildirilib ki, zəlzələnin episentri olan Pozzuolidə ibtidai və orta məktəblərdə bu gün ehtiyat tədbiri olaraq tədris dayandırılıb.
Baş nazir Giorgia Meloni hökuməti yüksək riskli bölgə olan Campi Flegrei üçün 2023-cü ildə kütləvi evakuasiya üçün fövqəladə planlarını yenilədi.