Dünya

2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə çata bilər

9 Oktyabr 2024, 09:115
Reklam728x90
Reklam320x100

Rusiya Prezidenti Vladimir Putin Moskva ilə İrəvan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.

Avropa .info bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Rusiya lideri bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 7.4 milyard dollara çatıb, bu ilin birinci yarısında isə 2.5 dəfə artaraq 8.3 milyard dolları ötüb.

“Əgər bu templə hərəkət etsək, bu o deməkdir ki, bu il ticarət dövriyyəsi 14-16 milyard dollara çata bilər ki, bu da rekord göstəricidir”, – deyə V.Putin qeyd edib.

V.Putinin sözlərinə görə, ticarət-iqtisadi əlaqələr dinamik və uğurla inkişaf edir.

“Rusiya Ermənistan iqtisadiyyatında aparıcı xarici investordur, toplam təxminən 4 milyard dollar sərmayə qoyulub”, – deyə V.Putin qeyd edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600