Manşet

2-ci ordu korpusunun komandiri dəyişdi, Mayis Bərxudarov sərəncama götürüldü

6 Oktyabr 2024, 16:1521
Reklam728x90
Reklam320x100

Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi olub. 

Avropa.info Unikal-a istinadən verdiyi məlumata görə,  general-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub.

Qeyd edək ki, həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi. Mayis Bərxudarov sərəncama götürülüb.

Xatırladaq ki, Vilayət Quliyevin 44 günlük Qarabağ savaşında rəhbərlik etdiyi hərbi hissə Füzuli, Cəbrayıl, Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600