Gündəm

14 yaralı vətəndaşımız Bakıya yola salinib

26 Dekabr 2024, 17:206
Reklam728x90
Reklam320x100

Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən vətəndaşımız dekabrın 26-da Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəmizə yola salınıb.

Avropa.info xəbər verir ki, onlar Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə yola düşüblər.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

 








Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600