ABŞ-ın 250 illik yubileyi münasibətilə üzərində Trampın portreti olan 1 dollarlıq sikkə çap edilib.

ABŞ-da müstəqilliyin 250-ci ildönümü münasibətilə Trampın portreti olan 1 dollarlıq sikkə zərb edilib. 1 dollarlıq sikkənin bir üzünün ortasında Trampın portreti olduğu halda, yuxarıda “LİBERTY”, sağ tərəfində isə “IN GOD WE Trust” yazılıb.
Avropa.info xəbər verir ki, ABŞ-da ölkənin müstəqilliyinin 250-ci ildönümü münasibətilə ABŞ prezidenti Donald Trampın portreti olan 1 dollarlıq sikkə zərb edilib.
ABŞ Sikkəxanası dünən prezident Trampın portretinin əks olunduğu bir dollarlıq sikkələr buraxıb.
1 dollarlıq sikkənin bir üzünün ortasında Trampın portreti olduğu halda, yuxarıda “AZADLIQ”, aşağıda isə ölkənin müstəqilliyinin elan edildiyi ili və 250 illik yubileyini bildirən “1776-2026” tarixləri var.
Trampın portretinin sağında “IN GOD WE TRUST” sözləri olan sikkə buraxıldıqdan bir neçə saat sonra satılıb.
Digər tərəfdən, BBC xəbərlərinə görə, bir əsrdə ilk dəfədir ki, Amerika valyutasında canlı prezidentin portreti görünür.
Qızılı rəngli, lakin tərkibində qızıl olmayan 1 dollarlıq sikkələrdən 25-i 61, 100-ü isə 154,50 dollardan satışa çıxarılıb.






























