08 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

“Ziyalı Ocağı” İctimai Birliyi Sumqayıt şəhərində “Vətən gəncliklə öyünür” adlı seminar keçirdi

Oktyabr 29, 2025
Cəmiyyət
A A

Oktyabrın 28-də “Ziyalı Ocağı” İctimai Birliyi Fəxrəddin Piriyev adına Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsi çərçivəsində “Vətən gəncliklə öyünür” adlı seminarını gerçəkləşdirib.

Avropa.info xəbər verir ki, seminar torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətənin qəhrəman oğullarının -Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.

Seminarı giriş sözü ilə Fəxrəddin Piriyev adına 18 nömrəli tam orta ümumtəhsil məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Nərminə Ömərova açıb. Nərminə Ömərova bildirib ki,təyinatı mövzu üzrə məktəbin şagirdlərinin mütəmadi şəkildə maarifləndirilməsinə ehtiyac var. “Uşaqların və yeniyetmələrin zərərli xarici təsirlərdən müdafiəsi günümüzün aktual məsələlərindəndir”, – deyə o əlavə edib.

Layihə rəhbəri İlahə Əliyeva müasir dövrümüzdə internetin, sosial şəbəkələrin həyatımızdakı yerindən, onların xeyirli və ziyanlı tərəflərindən bəhs edib.

İ.Əliyeva bildirib ki, müxtəlif internet resurslarından öz çirkin məqsədləri üçün istifadə edən zərərli və zəhərli qüvvələrin məqsədləri ölkəmizdə dinc quruculuq işlərinə zərbə vurmaq, birliyimizi, bərabərliyimizi pozmaqdır: “Təbii ki, bu mənfur qüvvələrə qarşı təkcə dövlət deyil, bütün ölkə vətəndaşları mübarizə aparmalıdır. Uşaqların və yeniyetmələrin bu zəhərli və zərərli qüvvələrin təsirləri altına düşməsinə, onların mənfur məqsədlərinin reallaşmasına imkan verilməməlidir”.

Layihə rəhbəri vurğulayıb ki, xaricdən idarə olunan bir sıra qüvvələr din, demokratiya adı altında virtual aləm vasitəsi ilə bizim coğrafi məkana soxulur, müxtəlif bəzəkli, içi boş, yalançı vədlərlə, şər-böhtanlarla uşaqların, yeniyetmələrin beyinlərini zəhərləməyə çalışırlar.

“Bu qüvvələrə qarşı təkcə dövlət, aidiyyəti qurumlar deyil, həmçinin, vətəndaş cəmiyyətləri institutları, ümumiyyətlə, vətənini, millətini sevən hər kəs bu məsələyə münasibətdə sayıqlıq və həmrəylik nümayiş etdirməlidir. Biz bu gün məhz bu müqəddəs mənəvi borc naminə sizinlə birgəyik. Sağlam, güclü gələcək naminə məqsədimiz, amalımız bu yolda durmadan-dayanmadan çalışmaqdır. Uşaqlarımızın, yeniyetmələrimizin milli ruhda böyüməsi və tərbiyə olunması ən bizim ümdə vəzifəmizdir. Siz bizim sabaha boylanan ümidlərimizsiniz, güclü, müstəqil Azərbaycanımızın bir parçasısınız. Sizin hər biriniz sabah vətən torpaqlarını qoruyacaq, müxtəlif sahələrdə oxuyacaq, çalışacaq, vətən yükünü çiyinlərinizdə daşıyacaqsınız. Bu müqəddəs yük sizi həmişə qürurlandıracaq və siz fəxrlə bu müqəddəs yükü gələcək nəsillərə ötürməlisiniz. Amalımız güclü, parlaq və müstəqil Azərbaycan olmalıdır. Müstəqilliyimizə dil uzadlanların dili, əl uzadanların əli kəsilməlidir”, – deyə o qeyd edib.

“Uşaqlar və yeniyetmələr arasında vətənpərvərliyin təbliği” mövzusunda məruzə edən layihənin eksperti Fuad Hüseynzadə müasir dünyada, beynəlxalq aləmdə sosial şəbəkələrin funksiyasından, fəaliyyətindən geniş şəkildə söz açıb.

Ekspert söyləyib ki, bu gün hər kəs internetə və müxtəlif sosial platformalara daxil olur:

“Burada həllini tapmağa çalışdığınız sualların və məsələlərin cavabı bir çox hallarda sizi razı salır, birbaşa desək, bir növ işinizi asanlaşdırır. Zamana və əməyə qənaət edirsiniz. Bu məsələnin müsbət tərəfidir. Amma siz uşaqların, yenitetmələrin bəzən maraqları daha çox məlumat əldə etməyə, biliklər qazanmağa doğru fokuslanır. Bəzən axtara-axtara getdiyiniz bu maraq sizi adını doğru və düzgün bildirməyən ünvanlara doğru götürə bilər. Siz çox ehtiyatlı davranmalısınız. Bu qeyri-qanuni, naməlum ünvanlarda yuva salan qərəzli şər qüvvələrin məqsədi sizi yanlış və təhlükəli səmtə götürməkdir. Maskalanmış bu qüvvələrin  məqsədi sizə yaxşılıq etmək deyil, onlar sizə, bizə, bütünlükdə ölkəmizə qarşı qarayaxma kompaniyası aparmaqla birliyimizə, bərabərliyimizə xələl gətirməkdir, müstəqilliyimizə təhlükə yaratmaqdır. Siz sosial şəbəkələrdə ehtiyatlı olmalısınız və bu mənfur qüvvələrin təsiri altına düşməməli, hətta onlara qarşı mübarizə aparmalısınız”.

Fuad Hüseynzadə çıxışında şagirdlərə vətənpərvərlik duyğuları aşıladı, şagirdləri canlı debata dəvət edib. Şagirdlərin maraq dairəsi, sosial şəbəkələrdəki aktivlikləri müqayisəli şəkildə analiz edilib.

Seminarda iştirak edən araşdrımaçı jurnalist Rəsul Mirhəşimli şagirdləri əsassız və naməlum mənbələrdən məlumat alınmaqdan çəkinməyə çağırıb. O, internetdə, habelə, müxtəlif sosial platformalarda yayılan dezinformasiyalara inanmamağa, rəsmi, dövlət orqanları vasitəsilə yayılan məlumatlara inanmağa, onları oxumağa dəvət edib. Çıxışçı xaricdən gözlənilən hər cür zərərli ideoloji təxribatlardan uzaq durmağa, qərəzli və qəsdli, məqsədli qüvvələrə qarşı çıxmağa, onları ifşa etməyə çağırıb.

Rəsul Mirhəşimli bildirib ki, bu gün yeniyetmələrin üzləşdiyi ən böyük problemlərdən biri internet asılılığıdır:
“Sosial şəbəkələr, oyunlar və videolar o qədər cəlbedici olur ki, yeniyetmələr saatlarla ekran qarşısında qalır. Nəticədə dərslərə diqqət azalır, yuxu rejimi pozulur, fiziki aktivlik azalır, real ünsiyyət bacarıqları zəifləyir.

Psixoloqlar qeyd edirlər ki, gündə 4 saatdan artıq sosial şəbəkələrdə vaxt keçirmək artıq riskli sayılır.

İnternetdə anonimlik bəzən aqressiv davranışlara yol açır. Bu zaman yeniyetmələr təhqir və alçaldılma ilə qarşılaşa, foto və videolarının icazəsiz paylaşılması ilə üzləşə bilər”.

Tədbir iştirakçı şagirdlər arasında sorğu ilə davam etdirilib. Onların maraq dairəsi, internetdə -müxtəlif sosial platformalarda fəaliyyətləri müzakirə olunub.

Əvvəlki Yazı

“Söz dünyasının zirvəsində” adlı ədəbi-bədii tədbir keçirilib

Növbəti Yazı

DTX bu rayonda əməliyyat keçirir – İcra başçısı saxlanıldı – FOTO

XƏBƏR LENTİ

Pakistanın Baş naziri Şərif Məkkə Birgə Müdafiə Sazişini imzalamaqdan şərəf duyduğunu bildirib

Pakistanın Baş naziri Şərif Məkkə Birgə Müdafiə Sazişini imzalamaqdan şərəf duyduğunu bildirib

08 Avqust 2026 / 7:53
1
Ukrayna Silahlı Qüvvələri Tula vilayətinə hücum edib: Wildberries anbarı yanır, yaşayış binasına ziyan dəyib

Rusiya ordusu Kiyevi raket atəşinə tutub-ölənlər var

08 Avqust 2026 / 7:49
10
Dünya şöhrətli misirli ulduz Məhəmməd Salah ailəsi ilə birlikdə bu lüks villada yaşayacaq-Fotolar

Dünya şöhrətli misirli ulduz Məhəmməd Salah ailəsi ilə birlikdə bu lüks villada yaşayacaq-Fotolar

08 Avqust 2026 / 7:35
15
Ağdaşda 17 yaşlı qızın nişanında mediyaya hücum olundu — Video

Ağdaşda 17 yaşlı qızın nişanında mediyaya hücum olundu — Video

08 Avqust 2026 / 7:28
10
Səudiyyə Ərəbistanının müdafiə naziri: Məkkə Müdafiə Sazişi regionun və dünyanın təhlükəsizliyinə töhfə verir

Səudiyyə Ərəbistanının müdafiə naziri: Məkkə Müdafiə Sazişi regionun və dünyanın təhlükəsizliyinə töhfə verir

07 Avqust 2026 / 23:00
12
Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ

07 Avqust 2026 / 21:34
4
Yaltada Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kater sahilə çıxıb

Yaltada Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kater sahilə çıxıb

07 Avqust 2026 / 16:52
10
Çin süni intellekt modeli Böyük Britaniya hökumətinin sınaq mühitindən qurtula bildi

Çin süni intellekt modeli Böyük Britaniya hökumətinin sınaq mühitindən qurtula bildi

07 Avqust 2026 / 16:41
1
Yeni bir dövr başlayır: Məkkə müqaviləsi niyə vacibdir?

Yeni bir dövr başlayır: Məkkə müqaviləsi niyə vacibdir?

07 Avqust 2026 / 16:36
7
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Müdafiə Sazişi imzalandi

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Müdafiə Sazişi imzalandi

07 Avqust 2026 / 16:20
19
Rusiyada Azərbaycan əsilli idmançıya hökm oxundu

Rusiyada Azərbaycan əsilli idmançıya hökm oxundu

07 Avqust 2026 / 15:28
16
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq

07 Avqust 2026 / 11:06
3
Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub-Həbs olunan var

Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub-Həbs olunan var

07 Avqust 2026 / 10:18
8
Beyləqanda 18 yaşlı gənc kanalda bataraq ölüb

Beyləqanda 18 yaşlı gənc kanalda bataraq ölüb

07 Avqust 2026 / 10:04
14
Rusiya səmasında gecə ərzində 203 pilotsuz təyyarə vurulub

Rusiya səmasında gecə ərzində 203 pilotsuz təyyarə vurulub

07 Avqust 2026 / 9:54
21
Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

Məhəmməd Əsədullazadə: “Azərbaycan-Ermənistan mövzusu ATƏT üçün artıq qapalı səhifədir”

07 Avqust 2026 / 9:26
53
Yekaterinburqdakı Wildberries obyekti PUA hücumundan sonra yanıb, yanğın söndürülür

Yekaterinburqdakı Wildberries obyekti PUA hücumundan sonra yanıb, yanğın söndürülür

07 Avqust 2026 / 9:21
6
İsrailin diaspor naziri Çikli: Makron bizi kürəyimizdən bıçaqladı

İsrailin diaspor naziri Çikli: Makron bizi kürəyimizdən bıçaqladı

07 Avqust 2026 / 9:07
3
Prezident Ərdoğan Səudiyyə Ərəbistanına gedib

Prezident Ərdoğan Səudiyyə Ərəbistanına gedib

07 Avqust 2026 / 9:03
4
Yəməndə husilərin mediası: Səudiyyə Ərəbistanı Kamaran adasına hücum edib

Husilər Səudiyyə Ərəbistanını raket atəşinə tutub- Yaralılar var

07 Avqust 2026 / 8:55
9
Pentaqon dekabr ayında 100-dən çox uzaqmənzilli PrSM raketlərinin tədarük edildiyini açıqlamışdı

Pentaqon dekabr ayında 100-dən çox uzaqmənzilli PrSM raketlərinin tədarük edildiyini açıqlamışdı

07 Avqust 2026 / 8:17
1
FAA yüzlərlə Boeing 737 Max təyyarəsində çatların yoxlanılmasını əmr edir

FAA yüzlərlə Boeing 737 Max təyyarəsində çatların yoxlanılmasını əmr edir

07 Avqust 2026 / 8:07
12
Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı 20-yə çatıb

Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı 20-yə çatıb

07 Avqust 2026 / 8:02
13
ABŞ prezidenti Tramp doğum hüququ ilə vətəndaşlığa qoyulan məhdudiyyətləri genişləndirən sərəncamlar imzalayıb

ABŞ prezidenti Tramp doğum hüququ ilə vətəndaşlığa qoyulan məhdudiyyətləri genişləndirən sərəncamlar imzalayıb

07 Avqust 2026 / 7:57
9
Süni intellektin aldatma imkanları təhlükəsizlik testində yeni səviyyəyə çatır

Təhsil naziri:Danimarkada məktəblərdə süni intellektlə saxtakarlığa qarşı şifahi müdafiə tələb olunurdu

07 Avqust 2026 / 7:51
14
Konqoda Ebola epidemiyası böyüyür, Virus mutasiyaya uğramış ola bilər

Konqoda Ebola epidemiyası böyüyür, Virus mutasiyaya uğramış ola bilər

07 Avqust 2026 / 7:44
11
Tramp administrasiyası ləğv edilən tariflərə görə şirkətlərə 100 milyard dollar qaytarıb

Tramp: “İranla razılaşma tezliklə əldə oluna bilər

07 Avqust 2026 / 7:32
12
UEFA FİFA təşkilatlarını boykot qərarından geri çəkilməyib

UEFA FİFA təşkilatlarını boykot qərarından geri çəkilməyib

06 Avqust 2026 / 23:15
9
Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış: Ölən və yaralananlar var

Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış: Ölən və yaralananlar var

06 Avqust 2026 / 23:09
19
Zelenski Ceyhun Bayramovla görüşüb -Video

Zelenski Ceyhun Bayramovla görüşüb -Video

06 Avqust 2026 / 22:46
10
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.