Siyasət

Zatulin: “Amerika səfirinin bu sözlərinin arxasında Ermənistan və Azərbaycan rəhbərliyinin razılığı var”

15 İyul 2025, 09:3932
Reklam728x90
Reklam320x100

Amerikanın Türkiyədəki səfiri Tom Barakın ABŞ-ın Ermənistanla Azərbaycan arasında danışıqların irəliləməsinə kömək etmək üçün Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürməyə hazır olduğu barədə sözləri blef yox, real plan ola bilər

Avropa.ino xəbər verir ki, bunu RTVI-ya Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin deyib.

Zatulin qeyd edib ki, Amerika səfirinin bu sözlərinin arxasında Ermənistan və Azərbaycan rəhbərliyinin razılığı var:

“Hesab edirəm ki, bu, çox real perspektivdir. Və hətta hesab edirəm ki, Rusiya-Ermənistan, eləcə də Rusiya-Azərbaycan münasibətlərində son vaxtlar bütün kəskinləşmələr məhz onunla bağlıdır ki, Moskvanın Zəngəzur dəhlizi ilə bağlı sual verməməsi üçün Azərbaycan və Ermənistan gərginliyi süni şəkildə qaldırıblar”.

Zatulin vurğulayıb ki, Ermənistanda və Azərbaycanda heç kim bundan narahat deyil:

”Hesab edirəm ki, ABŞ-ın Türkiyədəki səfiri əslində nə razılaşdırıldığını deyib”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600