27 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Ümumilli lider Heydər Əliyevin 102-ci ildönümü Həştərxan şəhərində qeyd edildi -Fotolar

May 8, 2025
Manşet
A A

Müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.

Avropa.info xəbər verir ki, Həştərxan vilayətinin vitse-qubernatoru – Hökümət sədri Denis Afanasyevin dəvəti ilə Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 102-ci ildönümü münasibəti ilə Həştərxan şəhərində keçirilmiş tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Elman Nəsirov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev iştirak edib.

Səfər çərçivəsində mayın 5-də nümayəndə heyəti ilə “Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının” (AMOR) Həştərxan bölməsinin üzvləri arasında görüş keçirilib.

Görüşdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin və bugünki qələbələrimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilərək, bundan sonra da daimi olaraq dövlətimizin və Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli idealogiyamız üçün çalışmağın vacibliyi vurğulanıb. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi və şanlı ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunan yurdumuzun sürətli şəkildə bərpa olunduğu, soydaşlarımızın öz yurdlarına geri döndüyü və Qarabağda həyatın yenidən canlandığı qeyd edilib.

Tədbirdə qeyd edilib ki, Heydər Əliyev Fondu tərəfindən bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasının müxtəlif regionlarında çoxsaylı layihələr həyata keçirilib.

Həştərxan vilayətinin rəsmiləri isə Heydər Əliyev Fondu tərəfindən vilayətdə həyata keçirilmiş layihələrə görə təşəkkürlərini bildirib, “Ümumrusiya Azərbaycan Gənclər Təşkilatının” (AMOR) üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Həştərxan şəhərinə səfərlərini böyük sevgi ilə xatırladıblar.

Mayın 6-da Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru – Hökümət sədri Denis Afanasyev və Həştərxan vilayətinin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan Xiyabana gələrək onun abidəsini ziyarət edib. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyev adına olan parkda  Ulu Öndərin xatirəsinə təşkil edilmiş ağacəkmə aksiyasında iştirak edərək ağac və gül kolları əkiblər.

Sonra II Dünya Müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış “Qardaşlıq məzarlığı” ziyarət edilmiş, “Əbədi Məşəl” önünə güllər qoyulub.

Həmin gün nümayəndə heyətinin Həştərxan vilayətinin Qubernatoru İqor Yuryeviç Babuşkin ilə görüşü keçirilib. Görüşdə iki ölkə arasında mövcud olan əməkdaşlığın inkişaf perspektivlərindən söz açılıb.

Ölkələrimiz arasında olan münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykəndiyini vurğulayan İ.Babuşkin qeyd edib ki, qurulan iqtisadi əlaqələr və həyata keçirilən çoxsaylı layihələr müsbət nəticələr verməkdədir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz növbəsində səmimi qəbula görə Həştərxan vilayəti Hökümətinə təşəkkürünü bildirib.

Qeyd edilib ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi daima böyük hörmət və sevgi ilə anılır. İki xalq arasında bağların daha da möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğu vurğulanaraq bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mehriban qonşuluq prinsiplərinə söykənən Azərbaycan – Rusiya münasibətlərinin daha da dərinləşməsinə töhvələr verirlər.

Nümayəndə heyətinin tərkibində yer alan millət vəkili Elman Nəsirov da Ulu Öndər Heydər Əliyevin xatirəsini daim əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.

Mayın 7-də isə Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad edib.

Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş məktəbin direktoru T.Tixomirova nümayəndə heyətinə məktəb haqqında məlumat vermiş, nümayəndə heyətini Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş stendlə və Azərbaycan guşəsi tanış edib.

 









 
Əvvəlki Yazı

 İsrail ordusu Livanın cənubuna silsilə hava zərbələri endirib

Növbəti Yazı

ictimai fəal Əhməd Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib

XƏBƏR LENTİ

Gənc rəssamların “Uğurlu Gələcək” sərgisi böyük maraqla qarşılanıb – FOTO

Gənc rəssamların “Uğurlu Gələcək” sərgisi böyük maraqla qarşılanıb – FOTO

27 İyun 2026 / 20:02
2
Gəncliyə Yardım Fondunda vətənpərvərlik mövzusunda sərgi keçirilib – FOTOLAR

Gəncliyə Yardım Fondunda vətənpərvərlik mövzusunda sərgi keçirilib – FOTOLAR

26 İyun 2026 / 21:53
28
KXCP AŞPA-nın son qətnaməsinə etiraz bəyanatı yaydı

KXCP AŞPA-nın son qətnaməsinə etiraz bəyanatı yaydı

25 İyun 2026 / 22:55
56
Lənkəran rəssamların yaradıcılıq məkanına çevrildi – FOTOLAR

Lənkəran rəssamların yaradıcılıq məkanına çevrildi – FOTOLAR

25 İyun 2026 / 21:23
49
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası  keçirilib

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

25 İyun 2026 / 15:52
2
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

25 İyun 2026 / 12:42
1
Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Təzəpir məscidində qanvermə aksiyası keçirilir

25 İyun 2026 / 9:42
1
Astarada kişi mağazada öldü

Astarada kişi mağazada öldü

25 İyun 2026 / 9:36
2
Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

25 İyun 2026 / 9:32
1
DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

25 İyun 2026 / 8:19
2
Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

25 İyun 2026 / 8:12
2
Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

25 İyun 2026 / 8:08
2
Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

24 İyun 2026 / 20:46
5
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

24 İyun 2026 / 18:33
22
Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

24 İyun 2026 / 18:24
14
Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

24 İyun 2026 / 18:12
18
Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

24 İyun 2026 / 18:05
10
Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

24 İyun 2026 / 17:23
3
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

24 İyun 2026 / 11:17
27
Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı –  ADY -dən açıqlama

Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı – ADY -dən açıqlama

24 İyun 2026 / 10:38
11
Regionxeber saytının baş redaktoru həbs edildi

Regionxeber saytının baş redaktoru həbs edildi

24 İyun 2026 / 10:33
7
Azərbaycandan Ermənistana növbəti yük göndərildi

Azərbaycandan Ermənistana növbəti yük göndərildi

24 İyun 2026 / 9:56
2
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun 2026 / 9:50
1
“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

24 İyun 2026 / 9:46
6
Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

24 İyun 2026 / 9:28
2
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Filippində güclü zəlzələ baş verib

24 İyun 2026 / 9:15
2
Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

24 İyun 2026 / 9:00
3
İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

24 İyun 2026 / 8:54
1
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

24 İyun 2026 / 8:44
4
Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

24 İyun 2026 / 8:39
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.