Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) Hörmüz boğazında bir gəminin naməlum obyektlə vurulduğunu açıqlayıb.
Avropa.info xəbər verir ki, UKMTO-dan verilən yazılı açıqlamada Hörmüz boğazında bir gəminin maşın otağına naməlum obyektin dəydiyi bildirilib.
Ekipaj üzvləri arasında itkilərin olduğunu bildirən UKMTO gəmidəki digər ekipaj üzvlərinin Oman Sahil Mühafizəsi qüvvələri tərəfindən xilas edildiyini bildirib.
Bildirilib ki, səlahiyyətlilər hadisənin miqyasını araşdırır.




























