05 - 10 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Məhəmməd Əsədullazadə:”Bu da İran daxilində Azərbaycanla münasibətlərə fərqli yanaşmaların mövcudluğunu göstərir”

Oktyabr 5, 2026
Siyasət
A A

Möhsün Rzai SEPAH generallarından biridir və məlumdur ki, SEPAH-ın Azərbaycana münasibəti uzun müddətdir birmənalı deyil. Bu qurumun nümayəndələri dəfələrlə Azərbaycana qarşı qeyri-konstruktiv mövqe nümayiş etdiriblər. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşü zamanı Rzainin diplomatik etiketə uyğun olmayan davranışı da bu yanaşmanın növbəti nümunəsi kimi qiymətləndirilə bilər.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə İranın diplomatik davranışlarını və iki ölkə arasındakı münasibətləri şərh edərkən bildirib.

“SEPAH generalının davranışı İran daxilindəki fərqli yanaşmaları göstərir”

Ekspert İranın siyasi elitası ilə hərbi eşelonunun Azərbaycana yanaşmasındakı fərqləri xüsusi vurğulayıb:

“Digər tərəfdən, Şahin Mustafayev İran Prezidenti tərəfindən yüksək səviyyədə qarşılanıb və Azərbaycan-İran münasibətlərinin inkişafına verilən önəm bir daha ifadə olunub. Lakin prezident səviyyəsində nümayiş etdirilən münasibətlə SEPAH generalının davranışı arasında müəyyən fərqin olduğu görünür. Bu da İran daxilində Azərbaycanla münasibətlərə fərqli yanaşmaların mövcudluğunu göstərir.

İran tərəfi hər zaman Azərbaycanla dostluq və qardaşlıq münasibətlərindən danışır. Lakin Azərbaycan üçün əsas olan yalnız bəyanatlar deyil, konkret davranışlar və real münasibətlərdir. Son hadisə də göstərir ki, İranın siyasi sistemində Azərbaycanla münasibətlərə fərqli yanaşan qüvvələr mövcuddur”.

“Azərbaycan regional inteqrasiyanı və sülhü dəstəkləyir”

Başqan müavini Azərbaycanın regiondakı strateji rolunu və İrana verilən dəstəyi xatırladıb:

“Azərbaycan isə öz coğrafi mövqeyindən və həyata keçirdiyi siyasətdən irəli gələrək regionda sülhün, təhlükəsizliyin, nəqliyyat əlaqələrinin və iqtisadi inteqrasiyanın inkişafında maraqlıdır. Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan İran ilə Rusiya arasında mühüm tranzit əlaqələrinin formalaşmasına töhfə verir.

Eyni zamanda, ABŞ-İran qarşıdurması dövründə Azərbaycan İrana siyasi və humanitar dəstəyini nümayiş etdirib. Bu baxımdan, İranın Azərbaycanla normal və qarşılıqlı faydalı münasibətlər sistemi qurması hər iki ölkənin maraqlarına uyğundur”.

“İranın hərbi elitası ölkəni strateji böhrana yuvarlayır”

MCP rəsmisi İranın mövcud böhranlı vəziyyətini dəyərləndirərək fikirlərini yekunlaşdırıb:

“Bu gün İran ciddi iqtisadi, sosial və təhlükəsizlik problemləri ilə üz-üzədir və beynəlxalq təcrid də bu problemləri daha da dərinləşdirir. İran daxilində siyasi gərginliyin davam etməsi isə ölkənin gələcək sabitliyi baxımından əlavə risklər yaradır. Belə bir şəraitdə İranın qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətlərini qarşıdurma deyil, qarşılıqlı əməkdaşlıq və etimad üzərində qurması daha konstruktiv yanaşma olardı.

Amma, İranın hərbi elitası tam əks-mövqe nümayiş etdirərək ölkəni dərin strateji böhrana yuvarlayır. İran Azərbaycana nümayiş etdirildiyi bu davranışın cavabını almalıdır”.

Əvvəlki Yazı

Vüqar Dadaşov:”Rusiyanın Cənubi Qafqazda strateji qələbəsi məhz etnik münaqişə nəticəsidir”

Növbəti Yazı

Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

XƏBƏR LENTİ

Yaponiya IAC 2026-da Türkiyə ilə kosmik əməkdaşlığın genişləndirilməsinə diqqət yetirib

Yaponiya IAC 2026-da Türkiyə ilə kosmik əməkdaşlığın genişləndirilməsinə diqqət yetirib

05 Oktyabr 2026 / 12:35
22
Dövlət İttihamçısı Ramiz Mehdiyevin ittihamını oxuyacaq

Dövlət İttihamçısı Ramiz Mehdiyevin ittihamını oxuyacaq

05 Oktyabr 2026 / 12:05
33
İspaniya erkən seçkilərə gedir

İspaniya erkən seçkilərə gedir

05 Oktyabr 2026 / 11:59
20
Respublika Uşaq Kitabxanası və Kostanay şəhər  kitabxanası  arasında onlayn görüş keçirilib-Fotolar 

Respublika Uşaq Kitabxanası və Kostanay şəhər  kitabxanası  arasında onlayn görüş keçirilib-Fotolar 

05 Oktyabr 2026 / 11:44
18
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

05 Oktyabr 2026 / 11:21
14
Məhəmməd Əsədullazadə:“Artıq regional və beynəlxalq siyasi-təhlükəsizlik böhranı daha da dərinləşir”

Məhəmməd Əsədullazadə:”Bu da İran daxilində Azərbaycanla münasibətlərə fərqli yanaşmaların mövcudluğunu göstərir”

05 Oktyabr 2026 / 11:16
51
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:”Rusiyanın Cənubi Qafqazda strateji qələbəsi məhz etnik münaqişə nəticəsidir”

05 Oktyabr 2026 / 10:11
37
ABŞ Sahil Mühafizəsi itkin düşən təyyarənin qalıqlarını tapdıqdan sonra 6 nəfərin axtarışlarını davam etdirir

ABŞ Sahil Mühafizəsi itkin düşən təyyarənin qalıqlarını tapdıqdan sonra 6 nəfərin axtarışlarını davam etdirir

05 Oktyabr 2026 / 9:43
1
İngiltərədəki Yaşıllar Partiyasının liderinin “Sionizm irqçilikdir” deyişindən sonra İsrailə girişi qadağan edilib

İngiltərədəki Yaşıllar Partiyasının liderinin “Sionizm irqçilikdir” deyişindən sonra İsrailə girişi qadağan edilib

05 Oktyabr 2026 / 9:35
6
Məkkə Alyansının ikinci toplantısı bu gün keçirilir

Məkkə Alyansının ikinci toplantısı bu gün keçirilir

05 Oktyabr 2026 / 9:29
12
Razı Nurullayev:”Ölkəmiz Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə enməsi problemi ilə də üz-üzədir”

Razi Nurullayev:”Cəbrayıl əməliyyatı düşmənin müdafiə səddini darmadağın etdi və hərbi üstünlüyümüzü tam təmin etdi”

05 Oktyabr 2026 / 9:22
27
Ehtiram Mehtiyev:”Müəllim səhv edirsə, irad bildirək, Qanunu pozursa, tədbir görülsün”

Ehtiram Mehtiyev:”Müəllim səhv edirsə, irad bildirək, Qanunu pozursa, tədbir görülsün”

05 Oktyabr 2026 / 9:07
70
Biləsuvarda toyda dava ölümlə nəticələndi

Biləsuvarda toyda dava ölümlə nəticələndi

05 Oktyabr 2026 / 8:56
8
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya ilə bağlı narahatlıqları artırır

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya ilə bağlı narahatlıqları artırır

05 Oktyabr 2026 / 8:50
3
Tovuzda 45 yaşlı qadın yanaraq öldü – Oğlu saxlanıldı

Tovuzda 45 yaşlı qadın yanaraq öldü – Oğlu saxlanıldı

03 Oktyabr 2026 / 10:02
3
Ukrayna Rusiya neftayırma zavodlarını yenidən vurdu: Zelenski obyektin adını açıqladı

Ukrayna Rusiya neftayırma zavodlarını yenidən vurdu: Zelenski obyektin adını açıqladı

02 Oktyabr 2026 / 15:29
9
Lukaşenko:”Biz Qərb siyasətinin, Qərb diplomatiyasının və xüsusilə Birləşmiş Ştatların real üzünü gördük”

Lukaşenko:”Biz Qərb siyasətinin, Qərb diplomatiyasının və xüsusilə Birləşmiş Ştatların real üzünü gördük”

02 Oktyabr 2026 / 14:20
15
Vətən Müharibəsi Qəhrəmanı:”Bu baxımdan Yeni Azərbaycan Partiyasının gənclər siyasəti xüsusi əhəmiyyət daşıyır”

Vətən Müharibəsi Qəhrəmanı:”Bu baxımdan Yeni Azərbaycan Partiyasının gənclər siyasəti xüsusi əhəmiyyət daşıyır”

02 Oktyabr 2026 / 14:13
10
İran İraqı iki ölkə arasında uçuşları bərpa etməyə çağırıb

İran İraqı iki ölkə arasında uçuşları bərpa etməyə çağırıb

02 Oktyabr 2026 / 14:07
20
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edir – YENİLƏNİB

Prezident İlham Əliyev:“Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”

02 Oktyabr 2026 / 13:58
14
Laçında geri qayıdan sakinlərə mina təhlükəsi ilə bağlı maarifləndirmə keçirildi – FOTO

Laçında geri qayıdan sakinlərə mina təhlükəsi ilə bağlı maarifləndirmə keçirildi – FOTO

02 Oktyabr 2026 / 11:56
8
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edir – YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir, Prezident çıxış edir – YENİLƏNİB

02 Oktyabr 2026 / 9:56
25
Gecələr ruslar Ukrayna ərazisinə 100-dən çox dron buraxdılar: neçəsi zərərsizləşdirildi

Gecələr ruslar Ukrayna ərazisinə 100-dən çox dron buraxdılar: neçəsi zərərsizləşdirildi

02 Oktyabr 2026 / 9:45
3
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:”Ayxan Abbasov bu vəzifəyə layiq olduğunu nəticə və oyun keyfiyyəti ilə sübut edə bilmədi”

02 Oktyabr 2026 / 9:13
69
Cənubi Koreya ilə Ukrayna arasında üzrxahlıq gərginliyi artır

Cənubi Koreya ilə Ukrayna arasında üzrxahlıq gərginliyi artır

02 Oktyabr 2026 / 9:05
1
Putin bildirib ki, Rusiya Ukrayna üzrə sülh danışıqlarına hazırdır, lakin şərt irəli sürüb

Putin bildirib ki, Rusiya Ukrayna üzrə sülh danışıqlarına hazırdır, lakin şərt irəli sürüb

02 Oktyabr 2026 / 8:40
7
Putin suverenlik və investisiya ilə bağlı təcili açıqlama verib

Putin nəhayət ki, nə üçün mübarizə apardığına dair kartlarını açıqladı: niyə Ukraynanın bununla heç bir əlaqəsi yoxdur

02 Oktyabr 2026 / 8:31
4
Ölkədə bu tarixdən leysan yağacaq

Ölkədə bu tarixdən leysan yağacaq

02 Oktyabr 2026 / 8:22
8
Ukrayna Volqoqrad yaxınlığındakı “Lukoyl” neft emalı zavodunu bombaladı – gəliş onlayn olaraq göstərildi

Ukrayna Volqoqrad yaxınlığındakı “Lukoyl” neft emalı zavodunu bombaladı – gəliş onlayn olaraq göstərildi

02 Oktyabr 2026 / 8:08
5
Səhər saatlarında Rusiya yenidən Cənub körpüsünü vurdu

Səhər saatlarında Rusiya yenidən Cənub körpüsünü vurdu

02 Oktyabr 2026 / 7:55
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.