18 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə İdman

Türkiyə mötəbər velosiped yarışlarına ev sahibliyi edəcək – FOTO

Fevral 15, 2025
İdman
A A

Füsunkar mənzərələri, tarixin izlərini daşıyan unikal irsi və dörd fəsil boyunca ideal hava şəraiti ilə Türkiyə velosiped sürmək üçün dünyada ən gözəl məkanlardan biridir.

Avropa.info xəbər verir ki, şosse, dağ, çınqıl və elektrikli velosiped sürənlər üçün geniş marşrut şəbəkəsinə malik olan Türkiyə hər səviyyədə idmançılar üçün müxtəlif velosiped yolları təklif edir.

İstanbulun qitələrarası yolları, İzmirin sahil xətti boyunca uzanan “EuroVelo 8” marşrutu və Anadolunun macəra dolu dağ yolları bu marşrutlardan yalnız bir neçəsidir. Eyni zamanda, Türkiyə həm peşəkar, həm də həvəskar velosipedçilər üçün mötəbər yarışların keçirildiyi əsas mərkəzlərdən biridir.

27 aprel – 4 may tarixlərində baş tutacaq Prezident Velosiped Turu və 11-12 oktyabrda İstanbulda təşkil ediləcək L’Etape Türkiye by “Tour de France” kimi nüfuzlu yarışlar iştirakçılara Türkiyənin çətin, eyni zamanda unikal marşrutlarını kəşf etmək imkanı yaradır. 2025-ci il üçün nəzərdə tutulan velosiped yarışlarının proqramı:

Bu il Türkiyənin velosiped təqviminə əlavə olunan ən maraqlı yarışlardan biri “Tour of Pedalia”dır. Hazırda Antalyada yarışın qış seriyası keçirilir. Bu yarışda müxtəlif ölkələri təmsil edən 11 velosiped komandasında yarışır. 80-dən çox idmançı bu möhtəşəm turnirdə iştirak etmək üçün Antalyaya toplaşıb. Velosipedçilər şəhərin tarixi, təbiəti və müasir infrastrukturunun vəhdətini əks etdirən 203 km-lik marşrutda mübarizə aparırlar. İlk dəfə təşkil edilən bu yarış, eyni zamanda konsertlər, uşaqlar üçün velosiped yarışları, ictimai yürüşlər, seminarlar və digər maraqlı tədbirlərlə yadda qalacaq.

Həvəskar velosipedçilərə özlərini sınamaq imkanı verən “Gran Fondo” bu il də Türkiyənin velosiped səhnəsinin ayrılmaz hissəsi olacaq. Yarış çərçivəsində il ərzində 13 fərqli vilayətdə ümumilikdə 16 yarış keçiriləcək. Yaz aylarında isə bu möhtəşəm turnirin ilk dayanacaqlarından biri, sahil gözəlliyi ilə seçilən Kemer olacaq. 18-19 aprel tarixlərində baş tutacaq “Kemer Gran Fondo” çimərlikləri, mavi sularla əhatələnmiş kiçik körfəzləri və 13 velosiped marşrutu — beşi şosse, səkkizi isə dağ velosipedləri üçün nəzərdə tutulmuş yolları ilə iştirakçılara unudulmaz təcrübə yaşadacaq.

“Gran Fondo”nun həyəcanı Egey bölgəsinə də yayılaraq, bu unikal regionda xüsusi atmosfer yaradacaq. Möhtəşəm sahil xətti, zəngin mədəniyyəti və rahat həyatı ilə tanınan Egeyin ilk yarışları, Aralıq dənizi ilə Egey dənizinin qovuşduğu Bodrum və Fethiyedə keçiriləcək. “Bodrum Gran Fondo” (5-6 aprel), şəhərin füsunkar sahil xətti boyunca həm idmanı, həm də mədəni kəşfləri birləşdirən bir yarış olacaq. Ardınca “Fethiye Gran Fondo” (12-13 aprel) iştirakçılara dağların və dənizin heyranedici mənzərələri fonunda kənd yolları, zeytun bağları və üzüm bağları arasından keçən unikal marşrutlar təqdim edəcək.

“Gran Fondo” yazın sonlarında Marmara bölgəsində start götürərək 24-25 may tarixlərində Bursada təşkil olunacaq. Tarixi irsi, zəngin mətbəxi və təbiəti ilə məşhur olan bu şəhər, yarış iştirakçılarına unikal velosiped marşrutları və unudulmaz təəssüratlar vəd edir.

“Gran Fondo” bu ilki dəfə Qara dəniz bölgəsində də möhtəşəm sınaqlar təqdim edəcək. Yarışın Qara dəniz mərhələsi 17-18 may tarixlərində, gözəl təbii mənzərələri ilə seçilən, həm müasir, həm də tarixi Samsun şəhərində başlayacaq. “Gran Fondo” iştirakçıları eyni zamanda nağıl kimi bir diyar olan Kapadokiya və paytaxt Ankara ilə də tanış edəcək. 14-15 iyun tarixlərində Kapadokiya, qədim mağara evləri və geniş vadiləri ilə velosipedçiləri valeh edəcək.

Trabzon 28-29 iyun tarixlərində velosipedçiləri qəbul edəcək, bu zaman iştirakçılar sahil boyunca sürərək şəhərin panoramik mənzərələrinin dadını çıxaracaqlar. Növbəti dayanacaq Ankara olacaq, burada 23-24 avqust tarixlərində, velosipedçilər paytaxtın zəngin tarixini, möhtəşəm abidələrini və canlı şəhər atmosferini kəşf edəcəklər. Zonguldağ Gran Fondo” 30-31 avqust tarixlərində keçiriləcək və iştirakçılar Zonguldağın dağlı və yaşıl təbiətindən, eləcə də möhtəşəm dəniz mənzərələrindən keçərək həyəcanlı bir səyahətə çıxacaqlar. Qara dənizdə “Gran Fondo”nun həyəcanı 13-14 sentyabr tarixlərində Rize ilə sona çatacaq. Çay plantasiyaları, möhtəşəm şəlalələr və təcrübəli velosipedçiləri belə sınağa çəkən dağ yolları ilə tanınan bu şəhər yarış iştirakçılarına unudulmaz anlar yaşadacaq.

Yeni mövsümün açılışı olaraq, “Gran Fondo” Ayvalık 6-7 sentyabr tarixlərində keçiriləcək və iştirakçılara bu tarixi şəhərin çiçəklənən küçələri, zeytun bağları və sahil qayalıqları boyunca velosiped sürmək imkanı təqdim edəcək. Yarış Pamukkaledə 20-21 sentyabrda, Çeşmedə 25-26 oktyabrda keçiriləcək.

Payızda Antalyada keçiriləcək bir digər “Gran Fondo” 6-9 noyabr tarixlərində iştirakçılara şəhərin yumşaq payız iqlimindən həzz almaqla yanaşı, təbii mənzərələrini kəşf etməyə imkan verəcək. Nəhayət, yarış İzmirdə 22-23 noyabr tarixlərində başa çatacaq. Bu mərhələ, iştirakçıları şəhərin tarixi mərkəzindən gözəl sahil xəttinə qədər davam edən unudulmaz bir səfərə çıxaracaq.

Əvvəlki Yazı

Deputat,Xarici əlaqələr daimi komitəsinin sədri Sərkis Xandanyan Radanın sədri Ruslan Stefançukla görüşüb

Növbəti Yazı

Ceyhun Bayramov ATƏT-in Baş katibi Firidun Sinirlioğlu ilə görüşüb

XƏBƏR LENTİ

Fransanın İrəvandakı səfirliyində ki tədbirdə kütləvi zəhərlənmə baş verib

Fransanın İrəvandakı səfirliyində ki tədbirdə kütləvi zəhərlənmə baş verib

18 İyul 2026 / 17:11
2
Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib -yaralilar var

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib -yaralilar var

18 İyul 2026 / 16:16
42
NATO-ya məxsus “Bombardier Challenger 650 Artemis II” Təyyarəsi Qara Dəniz üzərində reyd keçirib

NATO-ya məxsus “Bombardier Challenger 650 Artemis II” Təyyarəsi Qara Dəniz üzərində reyd keçirib

18 İyul 2026 / 16:11
5
ABŞ-in İrana zərbəsindən sonra 10 000 nəfər içməli sudan məhrum oldu

ABŞ-in İrana zərbəsindən sonra 10 000 nəfər içməli sudan məhrum oldu

18 İyul 2026 / 16:04
1
“Qarabağ” “Liverpul”un 60 milyon ödədiyi futbolçunu transfer edir

“Qarabağ” “Liverpul”un 60 milyon ödədiyi futbolçunu transfer edir

18 İyul 2026 / 12:00
6
Rusiyanın Novosibirsk vilayətində güclü zəlzələ baş verib

Rusiyanın Novosibirsk vilayətində güclü zəlzələ baş verib

18 İyul 2026 / 11:54
1
Ağstafada 21 yaşlı gənc ürəyindən bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib – qadın xəsarət alib

18 İyul 2026 / 11:41
1
DİN:Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

DİN əməliyyat keçirib , saxlanılanlar var

18 İyul 2026 / 11:36
2
Bakıda itgin düşən azyaşlı bacı-qardaş tapildi-Yenilənib

Bakıda itgin düşən azyaşlı bacı-qardaş tapildi-Yenilənib

18 İyul 2026 / 11:29
10
NBC:ABŞ-nın daha əvvəl İrana qarşı həyata keçirdiyi cavab zərbələrindən daha böyük miqyasda təşkil olunub

Bəhreyn HM sistemi İranın bir neçə raketini vurub

18 İyul 2026 / 11:18
1
Ukraynadan Rusiyaya dron hücumu – Ölən və yaralananlar var

Ukraynadan Rusiyaya dron hücumu – Ölən və yaralananlar var

18 İyul 2026 / 11:10
2
Lui De Veqa:”Vladimir Zelenskinin hökuməti bu misli görünməmiş hücum əməliyyatı ilə üçtərəfli mesaj göndərir”

Lui De Veqa:”Vladimir Zelenskinin hökuməti bu misli görünməmiş hücum əməliyyatı ilə üçtərəfli mesaj göndərir”

18 İyul 2026 / 9:29
1
İndoneziyada güclü zəlzələ baş verib

Türkiyənin Malatya vilayətində zəlzələ baş verib

18 İyul 2026 / 9:22
1
İran daha bir  ABŞ bazasını vurdu

İran daha bir ABŞ bazasını vurdu

18 İyul 2026 / 9:15
1
Zelenski: Volında baş vermiş faciəli hadisələrlə bağlı bütün arxivləri açacağıq

Zelenski: Volında baş vermiş faciəli hadisələrlə bağlı bütün arxivləri açacağıq

18 İyul 2026 / 9:07
6
NORAD uçuş məhdudiyyətlərini pozan təyyarəni ələ keçirib

NORAD uçuş məhdudiyyətlərini pozan təyyarəni ələ keçirib

18 İyul 2026 / 8:54
8
Xankəndində güclü yanğın baş verib

Abşeron rayonunda yaşayış binasında yanğın baş verib

18 İyul 2026 / 8:47
13
Möhsün Rzayi:”Tehran müdafiədən hücum mərhələsinə keçəcək”

Möhsün Rzayi:”Tehran müdafiədən hücum mərhələsinə keçəcək”

18 İyul 2026 / 8:32
9
Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır – VİDEO

Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır – VİDEO

18 İyul 2026 / 8:05
9
Joan Kapdevila ABŞ-na buraxılmadı , Trampa müraciət etdi

Joan Kapdevila ABŞ-na buraxılmadı , Trampa müraciət etdi

18 İyul 2026 / 7:58
1
Polyaklar ukraynalıları ölkələrində görmək istəmir

Polyaklar ukraynalıları ölkələrində görmək istəmir

18 İyul 2026 / 7:49
1
Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib

Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib

17 İyul 2026 / 17:29
3
Tərtərdə ağır yol-nəqliyyat hadisəsi -Sürücü və xanımı həlak oldu -Video

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi -Sürücü və xanımı həlak oldu -Video

17 İyul 2026 / 16:18
2
Arif Qafarov:”Deputat haqqında nəsə yazmaqdan, onun həyat və fəaliyyətinə baş vurmaqdan əvvəl deputatın səlahiyyətlərini bilmək çox vacibdir”

Arif Qafarov:”Deputat haqqında nəsə yazmaqdan, onun həyat və fəaliyyətinə baş vurmaqdan əvvəl deputatın səlahiyyətlərini bilmək çox vacibdir”

17 İyul 2026 / 15:14
32
Tramp: “Türkiyə ABŞ üçün çox yaxşı tərəfdaşdir”

Bilgəh çimərliyində 45-50 yaşi kişi meyiti tapıldı

17 İyul 2026 / 12:58
1
Xarici siyasət Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Xarici siyasət Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

17 İyul 2026 / 11:52
2
Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib-Fotolar

Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib-Fotolar

17 İyul 2026 / 11:47
2
İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi-Fotolar

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi-Fotolar

17 İyul 2026 / 11:41
2
Nazirlər kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirilir

Nazirlər kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirilir

17 İyul 2026 / 11:35
5
Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

17 İyul 2026 / 11:26
6
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.