Siyasət

Ceyhun Bayramov ATƏT-in Baş katibi Firidun Sinirlioğlu ilə görüşüb

15 Fevral 2025, 19:0346
Reklam728x90
Reklam320x100

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Firidun Sinirlioğlu ilə görüşüb.

Avropa.info xəbər verir ki, bu barədə C.Bayramov X hesabında yazıb.

“F.Sinirlioğlunu bu məsul vəzifəyə təyin olunması münasibətilə təbriklərimizi və xoş arzularımızı çatdırdıq. Biz münaqişədən sonrakı regional vəziyyət fonunda Azərbaycanın ATƏT-in roluna necə baxdığını və keçmiş münaqişənin qalıqları olan Minsk prosesi ilə bağlı strukturların dağıdılmasının vacibliyini qeyd etdik”, – C.Bayramov qeyd edib.

Vurğulanıb ki, nazir ATƏT Baş katibinə Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Həmçinin Ermənistanın Konstitusiyasında və digər hüquqi sənədlərdə ərazi iddialarının davam etməsindən, eləcə də sürətli hərbi güclənmədən narahatlıq ifadə olunub

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600