ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi variantların hələ də mümkün olduğunu bildirib.
Avropa.info xəbər verir ki, Tramp bunu jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ-nin İrana münasibətdə iqtisadi təzyiq strategiyasına keçməsinin hərbi variantların artıq nəzərdən keçirilmədiyi anlamına gəlib-gəlmədiyi barədə suala Tramp mənfi cavab verib.
“Xeyr, qətiyyən yox”, – ABŞ lideri bildirib.
Tramp daha əvvəl İran rəhbərliyinin nümayəndələrinin həlak olmasının Vaşinqtonla Tehran arasında danışıqları çətinləşdirdiyini söyləyib.





























