Avqustun 20-də Rusiyanın Kiyevə hücumu nəticəsində 16 nəfər ölüb, 42 nəfər yaralanıb.
Avrop.info xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti “Facebook” səhifəsində məlumat verib.
Hesabatda deyilir: “Kiyevdə 20 avqust gecəsindən bəri düşmən 16 nəfərin həyatına son qoyub, 42 nəfər yaralanıb, daha 12 nəfər isə xilas edilib”.
Qurumun məlumatına görə, Rusiya 20 avqustda üç dəfə hücum ediblər. Atəş nəticəsində anbar binası yanıb.






























