Batrakovun “Qalatasaray”a transferi 25 milyon avro olaraq qiymətləndirilib
Türkiyənin “Qalatasaray” futbol klubu “Lokomotiv”dən yarımmüdafiəçi Aleksey Batrakovu transfer etmək üçün 25 milyon avro ödəyib.
Avropa.info xəbər verir ki, bu barədə Türkiyə futbol klubunun mətbuat xidməti məlumat yayıb. Bu məbləğ Moskva komandası üçün rekord adlandırılıb.
“Eyni zamanda, oyunçunun yenidən satılması halında “Lokomotiv”ə qazancın 15%-i ödəniləcək”, – Türkiyə klubunun mətbuat xidməti bildirib.
Futbolçunun illik maaşı 3,25 milyon avro olacaq. Batrakov “Qalatasaray”la 30 iyun 2031-ci ilə qədər müqavilə imzalayıb. “Lokomotiv”də 2024-cü ildən əsas komandada çıxış edir. Bu müddət ərzində 84 oyun keçirib, 34 qol vurub, 23 məhsuldar ötürmə edib. Rusiya millisində 12 oyunda 4 qol vurub.
21 yaşlı Aleksey Batrakov “Lokomotiv” akademiyasının məzunudur. O, tez bir zamanda əsas komandada özünü təsdiqlədi və çıxışı ilə əcnəbi skautların diqqətini çəkdi.
25 milyon avroluq məbləğ Moskva klubunun satış tarixində rekorda imza atıb. Əvvəllər bir futbolçunun gedişinə görə “Lokomotiv” o qədər də ciddi vəsait almırdı. Türkiyə klubları son illər aktiv şəkildə heyətlərini rusiyalı futbolçularla gücləndirir.






























