Tovuz rayonunun Xatınlı avtomobil yolunda iki kişi meyiti aşkar edilib.
Avropa.info Teleqraf-a istinadən xəbər verir ki, meyitlərdən biri “VAZ 2107” markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə təxminən 100 metr kənarda aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan Xatınlı kənd sakini Həziyev Səid Sakit oğlunun meyiti xüsusi avadanlıqların köməyi ilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Təxminən bir neçə metr kənarda isə Arzu Museyibovun meyiti tapılıb.
İlkin ehtimala görə, avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.


































