26 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Saatlıda su idarəetməsinin təkmilləşdirilməsi yolları müzakirə olundu – FOTOLAR

İyul 19, 2026
Cəmiyyət
A A

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi “Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi” adlı layihənin icrası davam edir.

Avropa.info xəbər verir ki, iyulun 17-də layihə çərçivəsində Saatlı rayonunun Qaranuru kəndində “Ağıllı su sistemlərinin tətbiqi: beynəlxalq təcrübə” adlı ictimai müzakirə keçirilib.

İctimai müzakirədə ekoloqlar, fermerlər, ictimai fəallar və könüllü təibətsevərlər iştirak edib.

“Yaşıl Dünya” EMİB sədri, layihənin rəhbəri Elman Cəfərli layihənin məqsədi və görüləcək işlər haqqında məlumat verib:

“Son 15 ildə dünyada və ölkəmizdə su çatışmazlığı problemi qabarıq özünü göstərməyə başlayıb. Buzlaqlar əriyir, çaylarda, göllərdə suyun səviyyəsi aşağı düşür, bütövlükdə su ehtiyatlarımız azalır. Qlobal iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması istiqamətində son illərdə dünya miqyasında genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu sahədə ən mühüm beynəlxalq sənədlərdən biri olan 2015-ci il Paris İqlim Sazişi ölkələrin istixana qazı emissiyalarının azaldılması üzrə konkret öhdəliklər müəyyən edib. Ölkəmiz də həmin sazişə qoşularaq qlobal iqlim fəaliyyətinə öz töhfəsini verir.

Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Lakin iqlim dəyişikliyinin yaratdığı əsas çağırışlardan biri də su ehtiyatlarının azalması və su qıtlığının dərinləşməsidir. Temperaturun yüksəlməsi, yağıntıların azalması, buxarlanmanın artması və quraqlıq dövrlərinin uzanması su təhlükəsizliyi üçün ciddi risklər yaradır. Su itkilərinin minimuma endirilməsi, damcılı və çiləmə kimi müasir suvarma texnologiyalarının geniş tətbiqi, suvarma infrastrukturunun yenilənməsi, ağıllı su idarəetmə sistemlərinin istifadəsi, həmçinin fermerlər arasında suya qənaət mədəniyyətinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır”.

E.Cəfərli fermerləri ictimai müzakirədə aktivlik göstərməyə, su çatışmazlığının aradan qaldırılması, effektiv suvarma sistemləri ilə bağlı təşkliflər səsləndirməyə çağırıb. Qeyd edib ki, təklif olunan həll modelləri mətbuat və sosial şəbəkələr vasitəsilə adiyyatı qurumların və ictimaiyyətinə çatdırılacaq.

Biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev “Kənd təsərrüfatında ağıllı suvarma texnologiyaları” mövzusunda məruzə ilə çıxış edib. Qlobal iqlim dəyişikliklərinin Azərbaycan ərazisində ciddi fəsadlar verdiyini vurğulayan bioloq alim bildirib ki, quraqlıq torpaqların deqradasiyasını, şoranlaşmasını sürətləndirib.

“Rəsmi qurumların məlumatına görə, Azərbaycanın suvarılan torpaqlarının təxminən 40 faizə yaxını müxtəlif dərəcədə şoranlaşmaya məruz qalıb. Bu isə ölkənin kənd təsərrüfatı üçün ciddi təhlükə hesab olunur. Problemin həlli yalnız su idarəçiliyinin təkmilləşdirilməsi ilə məhdudlaşmamalıdır. Torpağın münbitliyinin bərpasına xidmət edən aqrotexniki üsulların tətbiqi də böyük əhəmiyyət daşıyır. Bu baxımdan amarant bitkisi xüsusi diqqət çəkir.

Araşdırmalar göstərir ki, amarantın becərilməsi torpağın strukturunun yaxşılaşmasına, münbitliyinin bərpasına və şoranlaşmanın təsirlərinin azalmasına kömək edə bilər. Amarant vasitəsilə torpaqların münbitliyinin bərpası ənənəvi üsullarla müqayisədə təxminən 10 dəfə daha ucuz başa gəlir. Amarant yalnız torpaq münbitliyinin artırılması ilə deyil, həm də yüksək yem dəyərinə malik bitki kimi seçilir. Tərkibində zülal, əvəzolunmaz amin turşuları, vitaminlər və mineralların zəngin olması onu heyvandarlıq üçün qiymətli yem bitkisinə çevirir. Yem rasionunda amarantdan istifadə süd məhsuldarlığının yüksəlməsinə, heyvanların çəki artımına və sağlam inkişafına müsbət təsir göstərə bilər.

Bununla yanaşı, amarantın toxumundan alınan yağ və digər məhsullar qida sənayesində, xalq təbabətində və kosmetologiyada da istifadə olunur. Bitkinin toxumundan yağ istehsal edilir, çayı hazırlanır, yaşıl kütləsi isə silos kimi heyvan yemi məqsədilə geniş tətbiq olunur. Amarantın əsas üstünlüklərindən biri də müxtəlif iqlim şəraitinə asan uyğunlaşması və suya olan tələbatının olduqca az olmasıdır ki, bu da su qıtlığının artdığı dövrdə onun əhəmiyyətini daha da artırır”.

Ətraf mühit məsələləri üzrə tədqiqatçı jurnalist Elçin Bayramlı qlobal quraqlıq və qlobal su çatışmazlığının bütün dünyada ciddi problemə çevrildiyini bildirib:

“Yaşadığımız Yer əslində su planetidir. Planetimizin 70 faizi sudur. Amma bu suyun demək olar ki, əksəriyyəti şor, yalnız 2 faizi şirin sudur. Bu 2 faizin də yalnız 0.3 faizi əlçatandır. Bu o deməkdir ki, əkin üçün yararlı su çox azdır. Qlobal istiləşmə və antropogen təsirlər nəticəsində suya tələbat artıb. Son 50 ildə suya tələbat, sudan istifadə 2 dəfə artıb”.

E.Bayramlı bildirib ki, müasir dövrdə su qıtlığının təsirini azaltmaq üçün kənd təsərrüfatında ağıllı suvarma texnologiyalarının geniş tətbiqi, su idarəetmə sisteminin müasirləşdirilməsi və suyun nəqlində itkiləri minimuma endirən həllərin həyata keçirilməsi zərurətə çevrilib. Ekoloq vurğulayıb ki, suyun torpaq məcralı kanallarla daşınması böyük itkilərə səbəb olur. Buna görə də bu kanallar mərhələli şəkildə beton örtüklü kanallarla əvəz edilməli, suyun hər damcısı qorunaraq istehlakçıya çatdırılmalıdır. Onun fikrincə, belə yanaşma həm su itkilərini əhəmiyyətli dərəcədə azaldacaq, həm də ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcək.

Onun fikrincə, su çatışmazlığının qlobal problemə çevrildiyi bir dövrdə əsas diqqət yetirilməli məsələlərdən biri su ehtiyatlarından qənaətlə istifadə olunmasıdır.

“Mövcud su ehtiyatlarının məhdudluğu şəraitində hər bir litr suyun qorunması strateji əhəmiyyət daşıyır. Hazırda şəhərlərdə su itkilərinin səviyyəsi kifayət qədər yüksəkdir. İçməli suyun avtoyumada həddindən artıq istifadəsi, yaşıllıq sahələrinin səmərəsiz suvarılması, məişətdə israfçılıq, eləcə də köhnəlmiş su təchizatı şəbəkələrində baş verən texniki itkilər qiymətli su ehtiyatlarının əhəmiyyətli hissəsinin boşa sərf olunmasına səbəb olur. Su resurslarından səmərəli istifadə etsək, fermerlər suvarma suyu ilə daha yaxşı təmin olunar, əkin sahələrinin məhsuldarlığı artar, ərzaq istehsalı genişlənər və məhsul bolluğu yaranar. Obrazlı desək, şəhərdə qənaət edilən hər litr su kənddə bərəkətə çevrilir”, – deyə o əlavə edib.

Kənd sakini, fermer Qurban Sərdaroğlu bildirib ki, şoranlaşmış torpaqların bərpasında və onların münbitliyinin artırılmasında mühüm rol oynayan amarant bitkisinin toxumları fermerlər üçün daha əlçatan olmalıdır: “Bu gün burada amarant bitkisi haqqında deyilənlər mənim üçün yenilik oldu. Yaxşı olar ki, bu bitkinin becərilməsi qaydaları barədə əkinçilər maarifləndirilsin. Bunun üçün praktiki təlimlər təşkil edilsin, aqrotexniki tövsiyələr verilsin”.

Q.Sərdaroğlu vurğulayıb ki, fermerlər amarantın üstünlükləri və düzgün becərilmə üsulları barədə kifayət qədər məlumatlandırılarsa, şoranlaşmış torpaqların bərpası və kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində daha uğurlu nəticələr əldə etmək mümkün olacaq.

Kənd sakini, fermer Mühiddin Xəlilov bildirib ki, damcılı və çiləmə suvarma texnologiyalarının tətbiqi zamanı fermerlər bir sıra maliyyə çətinlikləri ilə üzləşirlər. Onun sözlərinə görə, xüsusilə kiçik və orta təsərrüfat sahiblərinin maddi imkanları müasir suvarma sistemlərinin quraşdırılması üçün kifayət etmir. Fermer qeyd edib ki, suya qənaət edən bu texnologiyaların geniş tətbiqini sürətləndirmək məqsədilə dövlət tərəfindən ayrıca subsidiya və ya maliyyə dəstəyi mexanizminin yaradılması məqsədəuyğun olardı.

M.Xəlilovun fikrincə, belə bir dəstək həm fermerlərin yükünü yüngülləşdirər, həm də su ehtiyatlarından daha səmərəli istifadəni təşviq edərək kənd təsərrüfatında məhsuldarlığın artırılmasına mühüm töhfə verər.

Sonda fermerləri maraqladıran suallara cavablar verilib.



Əvvəlki Yazı

Odessada həlak olan gəmi kapitanı dəfn edildi

Növbəti Yazı

Marko Rubio:”Bütün planet üçün gəmiçiliyi əbədi olaraq qorumaq ABŞ-ın işi deyil”

XƏBƏR LENTİ

Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

Kursk vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində 3 nəfər yaralanıb

26 Avqust 2026 / 19:26
3
Trampdan İrana yardım edən ölkələrə iqtisadi təhlükə

Tramp ABŞ-ın İranla müharibəsinin tezliklə başa çatdığını açıqlayıb

26 Avqust 2026 / 18:04
18
Tramp MKİ rəhbəri Ratkliffin Rusiyaya səfərinin səbəbləri ilə bağlı yayılan şayiələri təkzib edib

Tramp MKİ rəhbəri Ratkliffin Rusiyaya səfərinin səbəbləri ilə bağlı yayılan şayiələri təkzib edib

26 Avqust 2026 / 17:59
14
Ermənistanın sabiq prezidenti Köçəryan xəstəxanadan məhkəməyə aparılıb

Ermənistanın sabiq prezidenti Köçəryan xəstəxanadan məhkəməyə aparılıb

26 Avqust 2026 / 17:50
5
Cozef Aun: Cənubdakı məqsədlərimizə çatmaq üçün İsraillə danışıqlar aparmaqdan başqa seçimimiz yoxdur

Cozef Aun: Cənubdakı məqsədlərimizə çatmaq üçün İsraillə danışıqlar aparmaqdan başqa seçimimiz yoxdur

26 Avqust 2026 / 17:43
16
Azərbaycan XİN Pakistandakı yanğınla bağlı başsağlığı verdi

Azərbaycan XİN Pakistandakı yanğınla bağlı başsağlığı verdi

26 Avqust 2026 / 17:34
2
İsrail işğal altındakı UNRWA Kalendiya Təlim Mərkəzindəki qüvvələrini gücləndirib

İsrail işğal altındakı UNRWA Kalendiya Təlim Mərkəzindəki qüvvələrini gücləndirib

26 Avqust 2026 / 17:28
3
İran İnqilabı Keşikçiləri Korpusu: İran və Oman Hörmüz boğazı sularında paylarına dair razılığa gəliblər

İran İnqilabı Keşikçiləri Korpusu: İran və Oman Hörmüz boğazı sularında paylarına dair razılığa gəliblər

26 Avqust 2026 / 17:08
31
Antalyadan ölkəsinə qayıdan rusiyalı sərnişin təyyarədə dünyasını dəyişib

Antalyadan ölkəsinə qayıdan rusiyalı sərnişin təyyarədə dünyasını dəyişib

26 Avqust 2026 / 16:59
1
Kreml: Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında təmaslar olub

Kreml: Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında təmaslar olub

26 Avqust 2026 / 16:49
12
Eks Prezident Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Eks Prezident Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu

26 Avqust 2026 / 16:44
14
Mehriban Əliyeva qızı Arzu Əliyeva ilə açılışda – Fotolar

Mehriban Əliyeva qızı Arzu Əliyeva ilə açılışda – Fotolar

26 Avqust 2026 / 16:40
20
İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

26 Avqust 2026 / 12:39
8
Birinci xanım Ərdoğandan Dünya Əmizdirmə Həftəsi paylaşımı

Birinci xanım Ərdoğan: Ümid edirəm ki, Malazgirtin çoxəsrlik ruhu gələcəyimizə rəhbərlik etməyə davam edəcək

26 Avqust 2026 / 12:28
13
Prezident İlham Əliyev Britaniya səfirini qəbul etdi – Foto

Prezident İlham Əliyev “Sabah” komandasıni təbrik etdi-Foto

26 Avqust 2026 / 12:15
22
Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

26 Avqust 2026 / 12:11
13
Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

26 Avqust 2026 / 12:05
9
Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

26 Avqust 2026 / 11:56
56
Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

26 Avqust 2026 / 10:22
7
Ermənistanin keçmiş prezidenti həbs olundu

Məhkəmə Ermənistanın eks-prezidenti Köçəryanın ikinci oğlunu da həbs edib

26 Avqust 2026 / 10:11
18
Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

26 Avqust 2026 / 10:01
21
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

26 Avqust 2026 / 9:53
56
Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

26 Avqust 2026 / 8:57
21
Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

26 Avqust 2026 / 8:52
8
Ukrayna Silahlı Qüvvələrinə məxsus 50-dən çox pilotsuz uçuş aparatı Rostov vilayətində hava hücumunu dəf edərkən vurulub

Rusiyanın 16 bölgəsində bir gecədə 426 Ukrayna PUA vurulub

26 Avqust 2026 / 8:44
9
İsrail ordusunun xəstəxanada jurnalistləri öldürdüyü hücumlardan bir il ötür

İsrail ordusunun xəstəxanada jurnalistləri öldürdüyü hücumlardan bir il ötür

26 Avqust 2026 / 8:33
15
İran: Hörmüz boğazında cənub dəhlizi bağlanıb

İran: Hörmüz boğazında cənub dəhlizi bağlanıb

26 Avqust 2026 / 8:16
7
ABŞ Kapitolinin yaxınlığında yük maşını ilə gilyotinli şəxs saxlanılıb

ABŞ Kapitolinin yaxınlığında yük maşını ilə gilyotinli şəxs saxlanılıb

26 Avqust 2026 / 8:06
19
Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

25 Avqust 2026 / 22:19
14
Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

25 Avqust 2026 / 16:47
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.