Rusiya işğalda saxladığı Melitopol və Qeniçek şəhərləri arasında yeni yüksək gərginlikli elektrik xəttini Zaporojye AES-lə əlaqələndirmək üçün apardığı tikintini yekunlaşdırıb, lakin Ukrayna zərbələri nəticəsində bu plan tamamilə pozulub.
Avropa.info xəbər verir ki, bu barədə “Greenpeace Ukrayna” layihəsinin peyk məlumatlarına əsaslanan təhlilində deyilir.
Bildirilib ki, M18 şossesi boyunca yeni elektrik xəttinin tikintisi may ayında demək olar ki, başa çatmışdı, lakin iyulun əvvəlində xüsusən, Qeniçeskdəki yarımstansiyaya Ukraynanın dron hücumları layihəni pozdu.





























