Rusiyada Telegram və Google qadağan olunmuş məzmunu silmədiyinə görə ümumilikdə 26 milyon rubl (təxminən 313 min dollar) cərimələnib.
Avropa.info xəbər verir ki, Paytaxt Moskvanın Taqanski Rayon Məhkəməsi Telegram və Google-a qarşı qaldırılan iddialarla bağlı qərar verib.
Sözügedən platformalarda qadağan olunmuş məzmunun silinmədiyi üçün qanuna əməl edilmədiyi qənaətinə gələn məhkəmə Telegram-a 18,4 milyon rubl, Google-a isə 7,6 milyon rubl cərimə ödəməyə məcbur edib.
Google və Telegram-dan başqa Rusiyada daha əvvəl Instagram, YouTube, X və TikTok kimi digər xarici internet platformalarına da ölkədə qadağan olunmuş məzmunun silinməməsi və qanuni öhdəliklərin yerinə yetirilməməsi kimi səbəblərə görə cərimələr tətbiq edilib.
Ölkədə Telegram-a giriş də bloklanıb.





























