13 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Yanvar 30, 2026
Manşet, Siyasət
A A

Kremlə yaxın siyasi dairələrdən verilən açıqlamalar Ermənistanın Rusiya orbitindən çıxma ehtimalının yaratdığı qorxunu ifadə edir… Paşinyan hakimiyyəti isə indi “keçmişi” qorumağa deyil, məhz nə qədər riskli də olsa, Ermənistan üçün daha ümidverici gələcəyi qurmağa çalışır…

Ermənistanda ölkədaxili siyasi-ictimai proseslər artıq böhranlı mərhələyə sürətlə yaxınlaşır. Belə ki, bu ölkədə keçiriləcək növbəti parlament seçkiləri həm Paşinyan hakimiyyətinin, həm də Rusiyaya bağlı “erməni üçlüyü”nün – erməni kilsəsi, oliqarxiya və “Qarabağ klanı”nın gələcək taleyinə böyük ölçüdə aydınlıq gətirə bilər. Və ona görə də, hazırda Paşinyan hakimiyyətinin Rusiyanın regional for-post modeli olan “köhnə Ermənistan”la savaşı birmənalı şəkildə taleyüklü hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanda son vaxtlar cərəyan edən proseslər yalnız ziddiyyətli siyasi açıqlamalar və ya təsadüfi qarşıdurmalarla məhdudlaşmır. Çünki son baş verənləri baş nazir Nikol Paşinyan tərəfindən Ermənistanın postsovet, radikal-revanşist və Rusiya mərkəzli siyasi-ideoloji modelini mərhələli şəkildə demontaj edərək, ölkəni fərqli formatda yenidən qurmaq cəhdi kimi qəbul etmək olar. Erməni kilsəsi ilə açıq konflikt, uydurma “Qarabağ narrativləri”nin rəsmən bloklanması, Rusiyanın kəşfiyyat şəbəkəsinə bağlı Köçəryan-Sarkisyan klanı ilə siyasi-ideoloji savaş bu prosesin tərkib hissəsidir. Cənubi Qafqazda enerji və nəqliyyat-kommunikasiya xəritəsinin yenidən dizayn olunması, eləcə də, regionda mövqeləri sarsılmış Rusiyanın Ermınistana birbaşa təzyiqləri də bu prosesə ciddi şəkildə təsir göstərir.

dcbebbdf828f3dbb475608a3033a5472.jpg (1.50 MB)

Maraqlıdır ki, Ermənistanın siyasi arenasına erməni kilsəsinin təsirləri son vaxtlar nəzərə çarpacaq səviyyədə zəiflədilib. Hər halda, erməni kilsəsi artıq toxunulmazlıq statusundan məhrum olunub. Baş nazir Nikol Paşinyanın “kilsə ilə dövlət arasında konflikt yoxdur, kilsəni zəbt etmiş bir şəxs var” açıqlaması Ermənistanda indiyə qədər görünməmiş presedent yaradır. Belə ki, erməni kilsəsi Ermənistanda yalnız dini qurum deyil, həm də “Qarabağ hərəkatı”nın siyasi ideoloji dayağı, radikal-revanşist narrativlərin legitimləşdiricisi və Rusiyanın “yumşaq güc aləti” kimi fəaliyyət göstərib.

Ancaq katolikos II Qaregin ətrafındakı hüquqi proseslər, erməni kilsəsinin bəzi yüksək rütbəli təmsilçilərinə qarşı cinayət işinin başlanması və Arxiyepiskoplar Məclisinin fəaliyyətinin faktiki olaraq, bloklanması onu göstərir ki, Paşinyan hakimiyyəti bu dini qurumu siyasi subyekt statusundan çıxarmaqda qərarlıdır. Bu addımlar eyni zamanda, Rusiya üçün də həssas prosesdir. Çünki erməni kilsəsi həmişə olduğu kimi, indi də Rusiyanın Ermənistandakı ən təsirli və etibarlı qeyri-rəsmi siyasi manipulyasiya mexanizmlərindən biri sayılır.

Bütün bunlara paralel olaraq, rəsmi İrəvan tərəfindən uydurma “Qarabağ narrativləri”nin bloklanması müharibə təbliğatı aparan radikal-revanşist düşərgə üçün “siyasi-ideoloji qırılma nöqtəsi” hesab olunur. Baş nazir Nikol Paşinyanın radikal-revanşist düşərgə tərəfindən təbliğ olunan “Qarabağ bizim idi, ancaq indi deyil” tezisini xarici kəşfiyyatın Ermənistana ixrac etdiyi “geopolitik tələ” adlandırması bu ölkədə yeni mərhələnin başlanma ehtimalını ön plana keçirir. Və erməni baş nazir bu açıqlama ilə Ermənistanda faktiki olaraq, 30 illik müstəqillik dövründə daim istinad olunmuş “dövlət ideologiyası”nı da ləğv etməyə çalışır.

Məsələ ondadır ki, uydurma “Qarabağ iddiaları”na bağlı hədədflər Ermənistanı davamlı olaraq, müharibə riski, beynəlxalq izolyasiya və iqtisadi blokada vəziyyətində saxlamışdı. Paşinyan hakimiyyəti isə bu riskli siyasi-ideoloji xəttdən imtina edərək, Ermənistanın gələcəyini məhz mövcud dövlət sərhədləri və regional inteqrasiya üzərində qurmaq istədiyini açıq şəkildə biruzə verir. Və bu, həm də Azərbaycanın 2020-2023-cü illərdə yaratdığı yeni regional reallığın rəsmi İrəvan tərəfindən artıq de-fakto qəbul edildiyini göstərir.

pasha-ermeni-trio-Снимок.JPG (52 KB)

Təbii ki, Köçəryan-Sarkisyan klanı ətrafında formalaşmış “köhnə sistem” Paşinyan hakimiyyətinin Ermənistanında Rusiya mərkəzli siyasi-ideoloji modeli mərhələli şəkildə demontaj etmək cəhdlərinə sərt şəkildə müqavimət göstərməyə çalışır. Keçmiş prezident və hərbi cinayətkar Robert Köçəryanın baş nazir Nikol Paşinyanı “Türkiyə agenti” kimi təqdim etməsi isə siyasi etiraz arqumentindən daha çox “köhnə Ermənistan”ın panik reaksiyası kimi qəbul olunur. Halbuki, Kremlin casus şəbəkəsində təmsil olunan Robert Köçəryanın demontaja məruz qoyulan köhnə modeli Ermənistanı müharibə, beynəlxalq təcrid və total Rusiya asılılığına aparmışdı. Və indi baş nazir Nikol Paşinyan məhz bu təhlükəli modeli açıq şəkildə “iflasa uğramış layihə” kimi təqdim edir.

Ermənistan Nazirlər Kabineti aparatının yüksək vəzifəli nümayəndəsi Taron Çahoyanın Robert Köçəryanı Ermənistan üçün “gəzən təhlükə” adlandırması da qətiyyən təsadüfi deyil. Rəsmi İrəvan bununla Ermənistan cəmiyyətinə açıq şəkildə mesaj verir ki, radikal-revanşist düşərgə ölkəni yeni müharibəyə sürükləyə bilər. Ancaq Robert Köçəryan da daxil olmaqla, savaş tərəfdarları baş verə biləcək müharibəni öz ailə üzvlərinin deyil, məhz başqalarının övladlarının hesabına reallaşdırmaq niyyətindədirlər.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın “real Ermənistan”ın enerji sisteminin Azərbaycan və Türkiyə ilə inteqrasiyası ilə bağlı ideyanı açıq şəkildə dilə gətirməsi əvvəlki ənənəvi “siyasi narrativlər”lə müqayisədə olduqca radikal dəyişiklikdir. Bu yanaşma, rəsmi İrəvanın Ermənistanı uzun illər mövcud olan blokada psixologiyasından çıxarmaq istədiyini göstərir. Və bu, Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasına, regional sabitliyin təmin olunmasına pozitiv təsir göstərə bilər.

Eyni zamanda, erməni baş nazirin Zəngəzur dəhlizinin inşa ediləcəyi ərazidə vaxtilə mövcud olmuş dəmiryolu xətti ilə bağlı Rusiyaya ünvanlandığı mesaj isə daha sərt xarakter daşıyır. Belə ki, o, bildirib ki, əgər, Kreml bu xəttə yönəlik investisiya qoyuluşu və bərpa proseslərini ləngidərsə, onda, Ermənistan həmin infrastrukturu Rusiyadan geri alaraq, özü inşa edəcək. Və bu, Kremlin Cənubi Qafqazdakı infrastruktur üzərində qurduğu nəzarət mexanizminə qarşı birbaşa təhdid deməkdir.

428e49c7-f827-4621-9230-fcd8e6227fc1.jpg (227 KB)

Ermənistan baş verənlərə və Paşinyan hakimiyyətinin mövqeyinə Kremlin reaksiyası da oldquca ciddi maraq doğurur. Belə ki, Kremlə yaxın siyasi dairələrdən verilən açıqlamalar Ermənistanın Rusiya orbitindən çıxma ehtimalının yaratdığı qorxunu ifadə edir. Və bu baxımdan, Rusiya Xarici İşlər Nazirliyinin Avropa Birliyi-Ermənistan yaxınlaşmasına yönəlik sərt reaksiyası emosional yox, məhz strateji xarakter daşıyır.

Məsələ ondadır ki, Kreml Ermənistanın eyni zamanda, Avropa Birliyinin, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olmasının qətiyyən mümkün olmadığını bəyan edib. Bu, əslində, Kremldən Ermənistana “ya Rusiyanın dostu kimi qalacaqsınız, ya da düşmən elan ediləcəksiniz” mesajının verilməsi anlamını daşıyır. Çünki Rusiya üçün əsas təhlükə Ermənistanın yalnız siyasi deyil, həm də ideoloji və iqtisadi baxımdan, onun orbitindən tamamilə qopma ehtimalı ilə birbaşa bağlıdır. Və bu proses uğur qazanarsa, digər postsovet dövlətləri üçün də analoji presedent yarada bilər.

Göründüyü kimi, Paşinyan hakimiyyəti Ermənistanı eyni vaxtda üç istiqamət üzrə yenidən “format” edib, dəyişməyə çalışır. Belə ki, rəsmi İrəvan siyasi-ideoloji müstəvini uydurma “Qarabağ narrativləri” və revanşizm yükündən boşaltmağa cəhd göstərir, geopolitik olaraq, ölkənin Rusiyadan asılılığını balanslaşdırır, daxili siyasətdə isə köhnə modelin demontaj edilməsinə çalışır. Və ciddi ölkədaxili müqavimət yaratdığına görə bu yol nə qədər riskli olsa da, demək olar ki, alternativi də yoxdur.

Çünki “köhnə model” Ermənistanı, Azərbaycanın hərbi zəfərindən sonra artıq mövcud olmayan bir münaqişənin içində “donmuş vəziyyət”də saxlayırdı. Bu baxımdan, Paşinyan hakimiyyəti indi “keçmişi” qorumağa deyil, məhz nə qədər riskli də olsa, Ermənistan üçün daha ümidverici gələcəyi qurmağa çalışır. Və belə anlaşılır ki, əgər, növbəti parlament seçkilərində Paşinyan hakimiyyəti qalib gələrsə, Ermənistanı qətiyyən əvvəlki Ermənistan olmayacaq.

musavat.com

Əvvəlki Yazı

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

Növbəti Yazı

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

XƏBƏR LENTİ

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir- Fotolar

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir- Fotolar

13 Avqust 2026 / 10:24
3
Rusiya Hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya ərazisi üzərində Ukraynanın 362 pilotsuz təyyarəsini məhv edib

Rusiya Hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya ərazisi üzərində Ukraynanın 362 pilotsuz təyyarəsini məhv edib

13 Avqust 2026 / 10:06
1
Yevlax rayonunda ağır qəza: 2 nəfər öldü

Yevlax rayonunda ağır qəza: 2 nəfər öldü

13 Avqust 2026 / 10:02
6
Keçmiş deputat saxlanildi

Keçmiş deputat saxlanildi

13 Avqust 2026 / 9:55
7
Yaponiya XİN Rəhbəri Putinin İturupa səfərinə görə Rusiyaya qəti etirazını bildirib

Yaponiya XİN Rəhbəri Putinin İturupa səfərinə görə Rusiyaya qəti etirazını bildirib

13 Avqust 2026 / 9:49
6
Başqırdıstanın Salavat sənaye zonasına pilotsuz təyyarənin qalıqları düşüb və yanğın baş verib

Başqırdıstanın Salavat sənaye zonasına pilotsuz təyyarənin qalıqları düşüb və yanğın baş verib

13 Avqust 2026 / 9:41
8
Streamer Fasoollka Qazaxıstandan qovulub: səbəb nədir

Streamer Fasoollka Qazaxıstandan qovulub: səbəb nədir

13 Avqust 2026 / 9:36
5
Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Masazır qəsəbəsində bıçaqlanan şəxs xəstəxanada öldü

13 Avqust 2026 / 9:25
17
Qaradağ ərazisində dənizdə 2 qadın batib

Mingəçevirdə Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı

13 Avqust 2026 / 9:16
8
Son ABŞ hərbçisi İraqı bu tarixdə tərk edəcək

Son ABŞ hərbçisi İraqı bu tarixdə tərk edəcək

13 Avqust 2026 / 9:14
6
Kanada ilə ABŞ arasında gərginlik artır: ABŞ-in səfirini ölkədən çıxarmağa çağırir

Kanada ilə ABŞ arasında gərginlik artır: ABŞ-in səfirini ölkədən çıxarmağa çağırir

13 Avqust 2026 / 8:57
9
Zelenski Kiyev bölgəsinə edilən hücumlarda ölənlərin sayının 17-yə yüksəldiyini açıqlayıb

Zelenski ABŞ-dan daha çox Patriot raketləri tələb edib

13 Avqust 2026 / 8:19
11
Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

13 Avqust 2026 / 8:15
1
NASA yayımında Krımı Rusiyanın tərkibində göstərib

NASA yayımında Krımı Rusiyanın tərkibində göstərib

13 Avqust 2026 / 8:00
7
Kiyevin dəyişmək istəmədiyi əsir götürülmüş 224 ukraynalının tam siyahısı açıqlanıb

Kiyevin dəyişmək istəmədiyi əsir götürülmüş 224 ukraynalının tam siyahısı açıqlanıb

13 Avqust 2026 / 7:54
6
Alaudinov: Rusiya Silahlı Qüvvələri Slavyansk və Kramatorsk şəhərlərini azad etmək üçün ağır iş gözləyir

Alaudinov: Rusiya Silahlı Qüvvələri Slavyansk və Kramatorsk şəhərlərini azad etmək üçün ağır iş gözləyir

13 Avqust 2026 / 7:35
15
Bakıda mağazada güclü yanğın baş verib

Bakıda mağazada güclü yanğın baş verib

13 Avqust 2026 / 7:26
9
Behnam Səidi: “Hörmüz boğazı İrana qarşı təhdidlər bitənə qədər bağlı qalacaq”

İran: İranın şərtləri qəbul olunmayana qədər Hörmüz boğazı açılmayacaq

13 Avqust 2026 / 7:13
11
Hakan Fidan: “Liviyada vasitəçi rolumuzu oynamağa davam edəcəyik”

Hakan Fidan: “Liviyada vasitəçi rolumuzu oynamağa davam edəcəyik”

13 Avqust 2026 / 7:00
10
Tural İrfan:“Netanyahunun Məqsədi Sülh Deyil…”

Tural İrfan:“Əliyev və Pezeşkianın Görüşləri İkiölkəli Əlaqələrə Yeni Təkan Verir”

13 Avqust 2026 / 6:47
40
Tümendən Bakıya uçan təyyarə təcili eniş etdi 

Tümendən Bakıya uçan təyyarə təcili eniş etdi 

12 Avqust 2026 / 22:42
17
Bakıda avtobusda güclü yanğın baş verib-Video

Bakıda avtobusda güclü yanğın baş verib-Video

12 Avqust 2026 / 22:35
7
Narkotik aludəçisi olan Ana övladını zəncirləyib?-Açiqlama

Xocavənddə mina partlayışında yaralanan şəxslərin vəziyyəti açıqlandi

12 Avqust 2026 / 22:28
7
“Reuters” demokratların Tramp üçün impiçmentə alternativ hazırladığını öyrənib

ABŞ prezidenti Trampa qarşı Truth Social postlarına giriş xidmətlərini satdığına görə məhkəmə açılıb

12 Avqust 2026 / 22:01
8
AzTV-nin əməkdaşı dənizdə boğuldu – Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğuldu – Fotolar

12 Avqust 2026 / 21:43
18
Abbas: Fələstin xalqının davasına verdiyi dəstəyə görə Türkiyə Respublikasına təşəkkür edirəm

Abbas: Fələstin xalqının davasına verdiyi dəstəyə görə Türkiyə Respublikasına təşəkkür edirəm

12 Avqust 2026 / 19:55
5
Livan ordusu: İsrailin hücumları bizim yerləşdirməmizə və geri qayıtmağımıza mane olur

Livan ordusu: İsrailin hücumları bizim yerləşdirməmizə və geri qayıtmağımıza mane olur

12 Avqust 2026 / 19:49
19
Canlı yayımda insanları söyən tiktoker həbs edildi

Canlı yayımda insanları söyən tiktoker həbs edildi

12 Avqust 2026 / 19:44
14
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razı Nurullayev:“Sahibkara Yalnız ‘Vergi Ödəyən Şəxs’ Kimi Baxmaq Düzgün Deyil”

12 Avqust 2026 / 19:35
109
Banqladeşdə qızılca epidemiyasında ölən uşaqların sayı 885-ə yüksəlib

Banqladeşdə qızılca epidemiyasında ölən uşaqların sayı 885-ə yüksəlib

12 Avqust 2026 / 18:36
13
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.