Dünya

Pakistanda Almaniya səfirliyinin müşavirinin meyiti aşkarlanıb

13 Yanvar 2025, 14:116
Reklam728x90
Reklam320x100

 

Almaniyanın Pakistandakı Səfirliyinin müşaviri Tomas Bielefeld İslamabadda evində ölü tapılıb.

Avropa.info “Bild” qəzetinə istinadən xəbər verir ki, bundan əvvəl 2 gün ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.

Qəzet yazıb ki, 58 yaşlı Tomas diplomat hesab edilsə də, əslində Almaniyanın Federal Kəşfiyyat Xidmətinə işləyib: “O, uzun müddətdir Almaniyanın kəşfiyyat xidməti ilə əməkdaşlıq edib və çox təcrübəli əməkdaş hesab olunurdu”.

Bildirilib ki, T.Bielefeld iki gün işə gəlmədikdə və zənglərə cavab vermədikdə, səfirliyin iki əməkdaşı onun evinə yollanıb və burada cansız bədənini aşkar ediblər.

Onun ürək xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600