Gündəm

Nikol Paşinyanın qayını, deputat Qraçya Akopyanın malikanəsini qarət ediblər

22 Yanvar 2025, 10:194
Reklam728x90
Reklam320x100

Naməlum şəxslər Baş nazir Nikol Paşinyanın qayını, deputat Qraçya Akopyanın malikanəsini qarət ediblər.

Avropa.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, soyğunçuluq ilin əvvəlində baş verib, lakin Akopyan bu faktı gizlətməyə çalışıb və bunu müxtəlif növ spekulyasiyalar yaratmaq istəməməsi ilə izah edib. Hadisə isə partiyadaxili dairələrdə fəal müzakirə olunur.

Ermənistan Daxili İşlər Nazirliyi faktı təsdiqləyib və bildirib ki, yanvarın 14-də Dzoraxbyur kəndindəki malikanədə oğurluq edilməsi barədə məlumat daxil olub, materiallar İstintaq Komitəsinə göndərilib.

Qəzet qeyd edir ki, malikanə Akopyan tərəfindən Ermənistanda hakimiyyət dəyişikliyindən sonra alınıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600