Gündəm

Nazir səs vermək üçün növbə gözlədi -Günün Fotosu

29 Yanvar 2025, 18:0322
Reklam728x90
Reklam320x100

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bələdiyyə seçkilərində səs vermək üçün növbədə gözləyib.

Avropa.info xəbər verir ki, nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Z.Həsənov səsvermə bülletenini götürmək üçün məntəqə seçki komissiyasının üzvlərinin əyləşdiyi masaya yaxınlaşıb. Bu zaman orada başqa seçicilər də olub. Müdafiə nazirinə növbədə gözləmədən bülleten verilməsi təklif olunub. Lakin o, bununla razılaşmayıb və gözləyib.

Z.Həsənov növbəsi çatanda bülleteni götürüb, səsvermə kabinəsinə keçərək səsvermə hüququndan istifadə edib və məntəqədən ayrılıb.

Qeyd edək ki, bu gün – yanvarın 29-da Azərbaycan bələdiyyə seçkiləri keçirilir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600