29 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

İyul 8, 2026
Siyasət
A A

Azərbaycan bu gün təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın strateji qərarlarına təsir edən ciddi aktora çevrilib. Bu uğurun təməlində isə Azərbaycan Prezidentinin dəyişməz xarici siyasət doktrinası dayanır.

Avropa.info xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “XXI Əsrin Qadınları” İctimai Birliyin sədri Mahirə Əmirhüseynova deyib.

O bildirib ki, Azərbaycanın milli maraqları heç bir halda və heç bir qüvvənin xeyrinə güzəştə gedilə bilməz. Bu prinsip özünü bəyanatlarda deyil, irimiqyaslı neft-qaz müqavilələrində, qlobal nəqliyyat dəhlizlərinin idarə olunmasında və beynəlxalq tribunalardakı qətiyyətli addımlarda göstərir: “Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik və dünya iqtisadiyyatını sarsıdan böhranlar fonunda Azərbaycan öz müstəqil xəttini zərgər dəqiqliyi ilə qorudu. Rəsmi Bakı proseslərdən kənarda qalmadı, eyni zamanda, hansısa güc mərkəzinin təsir dairəsinə də düşmədi. Əksinə, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələri reallığa çevirərək Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri oldu. Dövlət başçısının bu formulu ölkədə güclü daxili rəy yaradıb. Cəmiyyət görür ki, ən mürəkkəb geosiyasi şəraitdə belə geri addım atmayan, milli maraqları hər şeydən uca tutan lider var və bu reallıq xalqın dövlət siyasətinə olan etimadını birbaşa şərtləndirir.

Gücünü xalqdan alması və xalqın iradəsinə güvənməsi

Mahirə Əmirhüseynova bildirib ki, Prezident İlham Əliyevin siyasi fəlsəfəsinin ana xəttini xalq mərkəzli idarəçilik təşkil edir. Liderin ən böyük dayaq nöqtəsi və güc mənbəyi məhz cəmiyyətin mənəvi dəstəyidir. Bu bağlılıq sadəcə seçki platformalarında qalan bəyanat deyil, regionlara davamlı səfərlər, vətəndaşlarla birbaşa, rəsmiyyətdən uzaq ünsiyyət və problemlərin yerindəcə həlli bu yanaşmanın əsas göstəricisidir. Seçkilərdə əldə olunan yüksək faizlər və sosioloji sorğulardakı sabit etimad reytinqləri xalq-lider birliyinin real mənzərəsidir. Təbii ki, bu inam asanlıqla qazanılmayıb. İllərdir davam edən sosial-iqtisadi inkişaf, Qarabağda qazanılan tarixi Qələbə, torpaqların sürətlə yenidən qurulması və vətəndaşın rifahına yönələn islahatlar insanların gündəlik həyatında öz əksini tapıb. Liderlik xüsusiyyətləri xüsusilə böhran anlarında üzə çıxır. Ağır pandemiya illərində, müharibənin ən gərgin günlərində Azərbaycan Prezidentinin xalqla birbaşa və səmimi təması, cəmiyyətə ötürdüyü inam hissi mənəvi bir bağ formalaşdırdı. Bu səbəbdən də xalq öz rəhbərinə sadəcə bir siyasətçi kimi deyil, çətin anlarda arxalana biləcəyi ən etibarlı qüvvə kimi baxır.

Böyük şəxsiyyət, qətiyyətli liderlik və dünyadakı nüfuz

İctimai Birliyin sədri vurğulayıb ki, Prezident İlham Əliyev hazırda beynəlxalq münasibətlər sistemində sözü ilə əməli bir olan, çətin geosiyasi situasiyalarda belə tərəddüd etməyən praqmatik lider kimi qəbul edilir. Dünya gücləri və beynəlxalq təşkilatların rəhbərləri Bakı ilə dialoqa xüsusi önəm verirlər, çünki Azərbaycan liderinin imzasına və verdiyi vədə sadiqliyinə bələddirlər. Beynəlxalq konfranslarda, nüfuzlu qlobal sammitlərdə və xarici mediaya müsahibələrində dövlət başçısının nümayiş etdirdiyi aydın, birmənalı və qətiyyətli mövqe diplomatik manevrlərə yer qoymur. O, ən çətin auditoriyalarda belə ölkəsinin haqlı mövqeyini arqumentlərlə müdafiə edir. Cəmiyyət öz liderinin bu intellektual və siyasi üstünlüyünü gördükcə daxili inam daha da möhkəmlənir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, Qoşulmama Hərəkatına uğurlu sədrliyi və qlobal miqyaslı humanitar, enerji təşəbbüslərinə rəhbərlik etməsi şəxsi liderlik nüfuzunun birbaşa nəticəsidir. Ölkə daxilində isə bu beynəlxalq çəki ədalətli və prinsipial idarəçiliklə tamamlanır.

Azərbaycanın hərtərəfli inkişafı: iqtisadiyyat və ordu

M.Əmirhüseynova diqqətə çatdırıb ki, müasir Azərbaycan iqtisadi cəhətdən tam müstəqil, hərbi baxımdan isə regionun ən güclü dövlətidir. Bu reallıq bəxtin gətirməsi deyil, sistemli islahatların, strateji planlamanın və resursların milli maraqlara yönəldilməsinin məhsuludur. Enerji sektorundan gələn gəlirlər sadəcə qorunub saxlanılmadı, həm də qeyri-neft sənayesinin, kənd təsərrüfatının, turizmin və rəqəmsal infrastrukturun qurulmasına yatırıldı. Paytaxtla yanaşı, regionların siması tamamilə dəyişdi, yeni iş yerləri və sosial müdafiə proqramları vətəndaşın sosial rifahını təmin etdi. İqtisadi müstəqilliyin ən mühüm nəticəsi isə rəqabətədavamlı və müasir ordunun qurulması oldu. 44 günlük Vətən müharibəsində nümayiş etdirilən döyüş taktikası, yüksək texnoloji silahlar və şəxsi heyətin sarsılmaz ruhu Azərbaycan Silahlı Qüvvələrini dünyanın qabaqcıl orduları sırasına çıxardı. Bu hərbi güc bu gün hər bir Azərbaycan vətəndaşına tam təhlükəsizlik və gələcəyə əminlik hissi bəxş edir.

Cənubi Qafqazın lider ölkəsi və müstəqil xarici siyasət

“Cənubi Qafqazda reallıq ondan ibarətdir ki, Azərbaycanın iştirakı və razılığı olmadan bölgədə heç bir irimiqyaslı iqtisadi, hərbi və ya nəqliyyat layihəsi həyata keçirilə bilməz. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən tranzit qovşaqları ölkəmizi qlobal logistikanın əvəzolunmaz mərkəzinə çevirib. Bununla bərabər, Bakının səsi beynəlxalq platformalarda getdikcə daha təsirli eşidilir. Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qurulan balanslı, eyni zamanda, milli maraqlara əsaslanan münasibətlər unikal xarici siyasət modelidir. Dünyanın nəhəng dövlətlərinin belə xarici təzyiqlər qarşısında qərar verməkdə çətinlik çəkdiyi bir dövrdə, Azərbaycanın tam müstəqil daxili və xarici siyasət yürütməsi xalqımızda böyük milli qürur hissi formalaşdırır. İnsanlar fəxrlə görürlər ki, onların dövləti tapşırıqları icra edən deyil, gündəliyi diktə edən tərəfdir”, – deyə İctimai Birliyin sədri əlavə edib.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər

O deyib: “Bu Qələbə sadəcə hərbi uğur yox, Azərbaycan xalqının 30 illik mənəvi sıxıntısına, yurd həsrətinə son qoyan tarixi bir dönüş nöqtəsi oldu. 44 gün ərzində Azərbaycan Ordusu ərazi bütövlüyü məsələsində heç bir kompromisin olmayacağını bütün dünyaya sübut etdi. Şuşa, Xocalı, Kəlbəcər, Laçın, Ağdam və digər qədim yurd yerlərimiz azad olundu, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququ bərpa edildi. Bu Zəfər beynəlxalq birliyə də aydın bir mesaj oldu: “Azərbaycan öz problemlərini vasitəçilərin ümidinə buraxmır və öz gücü hesabına ədaləti bərpa edir. Müharibə dövründə xalqa edilən hər bir müraciət cəmiyyəti bir yumruq kimi birləşdirdi, cəbhədəki əsgərə sarsılmaz motivasiya verdi. Hazırda azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri – “Ağıllı kənd” layihələri, beynəlxalq hava limanları, magistral yollar və müasir infrastruktur bu Qələbənin praktiki davamıdır. İnsanlar görürlər ki, qazanılan Zəfər sadəcə hərbi hesabatlarda qalmır, Qarabağın və Şərqi Zəngəzurun sürətli intibahı ilə reallığa çevrilir”.

Qlobal böhranlar dövründə Azərbaycandakı sabitlik və təhlükəsizlik

M.Əmirhüseynova vurğulayıb ki, müasir dünyamız ciddi sarsıntılar dövrünü yaşayır. Bir tərəfdə müharibələr, digər tərəfdə kəskin iqtisadi böhranlar, ərzaq və enerji qıtlığı hökm sürür. Yaxın Şərqdən tutmuş Avropanın mərkəzinə qədər olan coğrafiyada sabitlik pozulub. Belə bir çətin beynəlxalq mənzərədə Azərbaycan bütövlükdə sülh və təhlükəsizlik adasını xatırladır. Ölkədə daxili sabitlik tam təmin olunub. İqtisadiyyat fasiləsiz işləyir, sosial institutlar fəaliyyətini davam etdirir, insanlar gələcəkdən narahat olmadan öz gündəlik həyatlarını qururlar. Bu təhlükəsizlik mühiti dövlətin preventiv siyasətinin, hüquq-mühafizə sisteminin peşəkarlığının və ən əsası, ölkə rəhbərinin prosesləri birbaşa nəzarətdə saxlamasının nəticəsidir.

“Sabitlik olmayan yerdə inkişafdan danışmaq yersizdir” prinsipi Azərbaycanda tam bərqərar olub. Müharibədən sonrakı regional gərginliklərə və daxili-xarici risklərə baxmayaraq, dövlət sarsılmadı, əksinə, daxili birliyini daha da möhkəmləndirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da bu fərqi görür və Azərbaycandakı əmin-amanlığı yüksək qiymətləndirirlər. Məhz bu daxili hüzur və təhlükəsizlik hissi xalqın öz liderinə olan etimadını sarsılmaz edir”, – deyə o əlavə edib.

Əvvəlki Yazı

İranda liman vuruldu, yaralılar var

Növbəti Yazı

Qalibaf:ABŞ-nin hədələri və verdiyi vədləri pozması artıq cavabsız qalmır

XƏBƏR LENTİ

Analitik Conson: Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələri obyektlərinə hücumları artırıb

Analitik Conson: Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələri obyektlərinə hücumları artırıb

29 Avqust 2026 / 8:58
9
Rusiya qoşunları Reni limanındakı UAF anbarlarına hücum edib

Rusiya Hava hücumundan müdafiə qüvvələri Penza vilayətinin sərhədində Ukrayna raketini vurub

29 Avqust 2026 / 8:41
13
Rusiya Silahlı Qüvvələri Ukrayna limanlarını vurub, gəmiləri və tankeri vurub

Rostov vilayətində PUA-lar Ozon logistika mərkəzinə hücum edib

29 Avqust 2026 / 8:34
17
Tramp MKİ rəhbəri Ratkliffin Rusiyaya səfərinin səbəbləri ilə bağlı yayılan şayiələri təkzib edib

Tramp: Biz Venesuela ilə dünya tarixində ən böyük neft müqaviləsini imzaladıq

29 Avqust 2026 / 8:23
17
Qaradağ ərazisində dənizdə 2 qadın batib

65 yaşlı kişi kanala düsərək faciəvi şəkildə öldü

29 Avqust 2026 / 7:55
4
Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

Zaxarova:”Qarabağ ermənilərinin, onların əcdadlarının və uşaqlarının üzərinə bu həyasızlıqdır”.

29 Avqust 2026 / 0:50
13
Prezident Pezeşkian: “ABŞ İslamabad konsensusunu həyata keçirərsə, Hörmüz boğazı açılacaq”

Prezident Pezeşkian: “ABŞ İslamabad konsensusunu həyata keçirərsə, Hörmüz boğazı açılacaq”

29 Avqust 2026 / 0:42
7
Zaxarova:”Kiyev və Qərb Rusiyada səfərbərlik barədə spekulyasiya edir”

Zaxarova:”Kiyev və Qərb Rusiyada səfərbərlik barədə spekulyasiya edir”

29 Avqust 2026 / 0:31
5
Tramp nəyin bahasına olursa-olsun tarixdə iz buraxmağa can atır: indi onun gözləri aya dikilib

Tramp nəyin bahasına olursa-olsun tarixdə iz buraxmağa can atır: indi onun gözləri aya dikilib

28 Avqust 2026 / 23:57
3
Güclü partlayışdan sonra Kiyev yaxınlığında güclü yanğın baş verib

Güclü partlayışdan sonra Kiyev yaxınlığında güclü yanğın baş verib

28 Avqust 2026 / 23:19
8
Şəmkirdə rayonunda 11 yaşlı qız əməliyyatdan sonra öldü

Şəmkirdə rayonunda 11 yaşlı qız əməliyyatdan sonra öldü

28 Avqust 2026 / 22:07
5
Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

Medvedev: Dünyada xaos SSRİ-nin dağılmasından sonra başlayıb

28 Avqust 2026 / 20:28
6
Gəncədə qadın bazarda oğlu tərəfindən öldürüldü

Gəncədə qadın bazarda oğlu tərəfindən öldürüldü

28 Avqust 2026 / 17:52
10
Konstantinov:”Əminəmki, hakimiyyət dəyişikliyi Ukraynanın anti-Rusiya kursunu dəyişməyəcək”

Konstantinov:”Əminəmki, hakimiyyət dəyişikliyi Ukraynanın anti-Rusiya kursunu dəyişməyəcək”

28 Avqust 2026 / 17:44
8
Zelenski Kiyev bölgəsinə edilən hücumlarda ölənlərin sayının 17-yə yüksəldiyini açıqlayıb

Ukraynada pərakəndə zəncir anbarlarının 90%-nin dağıdılması etiraf edilib

28 Avqust 2026 / 17:34
8
İsrail qəzetinin məlumatına görə, Suriya hücumları yeni gərginlik riski yaradır

Netanyahu:”Onlar həmçinin güclü tərəflərlə sülh bağlayırlar”

28 Avqust 2026 / 17:13
16
Londonda böyük yanğın söndürülür, Uembli stadionu təhlükə altındadır

Londonda böyük yanğın söndürülür, Uembli stadionu təhlükə altındadır

28 Avqust 2026 / 17:07
30
Dünyanın ən gənc taxta çıxan monarxı 34 yaşında vəfat edib

Dünyanın ən gənc taxta çıxan monarxı 34 yaşında vəfat edib

28 Avqust 2026 / 16:26
7
Masallıda əkin yerindən meyit tapıldı

Masallıda əkin yerindən meyit tapıldı

28 Avqust 2026 / 16:23
9
Əliməmməd Nuriyev:”Qəribəsi budur ki, biz sadəcə maraqlanmırıq, Hökm də veririk”

Əliməmməd Nuriyev:”Qəribəsi budur ki, biz sadəcə maraqlanmırıq, Hökm də veririk”

28 Avqust 2026 / 16:16
129
İran Xəzər dənizində gəmiyə hücumu terror aktı adlandırıb: Ukraynadan təzminat tələb olunur

Trampın açıqlamasından sonra İran bütün ölkələrə çağırış etdi

28 Avqust 2026 / 15:53
15
ABŞ siyasətçisi Tramp administrasiyasını İsrailə silah embarqosu qoymağa çağırıb

ABŞ siyasətçisi Tramp administrasiyasını İsrailə silah embarqosu qoymağa çağırıb

28 Avqust 2026 / 15:49
25
ÜST: Nepalda daşqın nəticəsində 6 tibb müəssisəsi zədələnib, 8 tibb işçisi itkin düşüb

ÜST: Nepalda daşqın nəticəsində 6 tibb müəssisəsi zədələnib, 8 tibb işçisi itkin düşüb

28 Avqust 2026 / 15:43
12
Nepalda daşqınlarda ölənlərin sayı 538-ə yüksəlib

Nepalda daşqınlarda ölənlərin sayı 538-ə yüksəlib

28 Avqust 2026 / 15:40
12
15 günlük turist vizası ilə girdiyi ölkədə 26 il yaşayan şəxs həbs edilib

15 günlük turist vizası ilə girdiyi ölkədə 26 il yaşayan şəxs həbs edilib

28 Avqust 2026 / 13:01
15
Əli Əsədov tapşırıq verdi

Əli Əsədov tapşırıq verdi

28 Avqust 2026 / 12:53
4
Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

28 Avqust 2026 / 12:48
9
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“Qafqazda Dəyişən Geosiyasi Balans Moskvanın Təsirini İtirir”

28 Avqust 2026 / 12:40
72
Azərişıq” Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparir-Video

Azərişıq” Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparir-Video

28 Avqust 2026 / 10:47
10
DİN-dən çağırış:Bank kartlarına dair məxfi məlumatların əldə edilməsinə cəhd göstərilir

DİN-dən çağırış:Bank kartlarına dair məxfi məlumatların əldə edilməsinə cəhd göstərilir

28 Avqust 2026 / 10:43
0
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.