İyunun 22-də Misir Mədəniyyət Mərkəzi və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə layihə rəhbəri Aygün Əzizovanın olduğu “Mədəniyyətlərin səsi” adlı sərgi Misir Mədəniyyət Mərkəzində təşkil olunub.
Avropa.info xəbər verir ki, sərgidə ARTFLOW Tədris Mərkəzinin rəhbəri Günay Məmmədova, Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşçu rəssamı, FA ART Tədris Mərkəzinin rəhbəri Fatma Əliyeva, “ARTSTUDY” Tədris Mərkəzinin müəllimi Asya Məmmədova, rəssam-pedaqoq Səadət Şahbazova, Mir Talantov Tədris Mərkəzinin, Panda School və Gold School Tədris Mərkəzlərinin rəhbəri Jalə Abdullayeva, Sabah Kurslarının, Panda School və Gold School Tədris Mərkəzlərinin müəllimi Gülşən Mirzəyeva, 5 nömrəli məktəbin müəllimi Nigar Əzimova tələbələri ilə birlikdə iştirak ediblər.
Sərgidə müxtəlif yaş qruplarında olan 80 həvəskar rəssam öz əsərləri ilə təmsil olunublar.
Tədbiri giriş sözü ilə açan Misir Mədəniyyət Mərkəzinin rəhbəri prof. Dr. Tarek Aboul Fotouh bu cür sərgilərin iki ölkə arasında mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə geniş töhfə verdiyini qeyd edib.
Daha sonra söz Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya verilib. Elnurə xanım iştirakçıları salamlayaraq sərginin əhəmiyyətindən bəhs edib. O, nümayiş olunan əsərlərin hər iki ölkənin tarixini, mədəniyyətini və bu gününü çox gözəl əks etdirdiyini bildirib.
Sərgidə fəxri qonaq qismində media nümayəndələri Xanoğlan Əhmədov, Yeganə Telmanqızı, Samirə Səfərova, həmçinin Azərsuvener şirkətinin əməkdaşları Qətibə Cəfərova, Fuad Quliyev və Fidan Sahibcanova iştirak ediblər.
Tədbir çərçivəsində qonaqlara ləziz Misir şirniyyatları təqdim olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub, xatirə fotoları çəkilib.
Aygün Oqtay,
Fotoların müəllifi: Camal































